Kosmetikanın tarixi haradan başlayır?

Müəllif: AYCA
Şərhlər: 3
Baxılıb: 1 500
Səs ver:
(səs: 1)
Makiyajın tarixi bir neçə min il bundan əvvələ gedib çıxır. Maraqlıdır ki, tarixdə ilk dəfə makiyajı bəzi qədim xalqlardan olan kişilər ediblər. Onlar düşməni qorxutmaq məqsədilə bədənlərinin bəzi hissələrini və üzlərini müxtəlif rənglərə boyayırdılar. Mayalılar və hindular qırmızı boyadan istifadə edirdilər.

Qədim Şərqdə isə makiyajdan kimisə qorxutmaq üçün yox, daha gözəl görünmək üçün istifadə edirdilər.
Kosmetika Yunan dilindən "kosmetik" sozündən götürülüb, mənası "bəzənmək mədəniyyəti" deməkdir.
Bəzənmək mədəniyyətinin düzgün təbliği isə şərqlilərə məxsus olub. Qədim Misirdə üzün boyanması geniş yayılmışdı. Misirli xanımlarla yanaşı, kişilər də kosmetik vasitələrdən yararlanırdılar. Bunların içərisində sürmə, kirşan hətda dırnaqlara çəkmək üçün boyalar da var idi.

Qədim Misir şəhzadəsi Exnatonun arvadı Nefertiti indi də qadın gözəlliyinin siması hesab edilir. O öz üz cizgilərini daha da gözəlləşdirmək üçün bəzi qidalardan istifadə edirdi.

Məşhur Kleopatra isə öz gözəlliyi və cazibəsini xüsusi yağla vurğulayır qabardırdı. Bundan əlavə o, baldan və süddən hazırlanmış qidalandırıcı maskalardan faydalanırdı.
Qədim Misirdə saçlara xına da qoyurdular. Qədim Yunanıstanda və Romada isə kosmetik vasitələr bitkilərdən hazırlanırdı.

Kosmetik vasitələrin yeni inkişaf mərhələsi isə orta əsrlərə təsadüf edir. Artıq avropa saraylarında üz bəzəmək dəb halını almışdı. 1190-cı ildə Kral Filip maraqlı bir fərman ölkədə yaxşı ənlik, kirşan və üzə qulluq vasitələrinin digər növlərini hazırlamaq qabiliyyəti olan sənətkarlar saraya dəvət edilməsinə fərman vermişdi.
Başqa bir fransız kralı 16-ci Lyudovik isə çopurlarını gizlətmək üçün üzünə xüsüsi kirşan sürtürmüş.

İllər keçdikcə kosmetik vasitələr yenilənir və inkişaf edir. Hazirda bu sənaye böyük biznes sahəsinə çevrilib. Bir maraqlı faktı da qey edim ki, dünyanı cənginə alan iqtisadi böhran ancaq kosmatika sənayesinə təsir etməyib. Bu isə illər keçsədə, zaman dəyişsə də xanımların gözəl görünməyə marağının itmədiyini və heç nəyə baxmayaraq gözəl görünmək üçün çalışdıqlarını göstərir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri