O mənə əxlaqsız dedi,Allah isə onun qarşısına əxlaqsız çıxardı...

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 10 623
Səs ver:
(səs: 8)

 
Mən 22 yaşında cavan bir qız idim.Hər gün


tezdən durub işə gedirdim.Və hər gün
yolda bir yaraşıqlı oğlanla
qarşılaşırdım.İçimdən həmişə'kaş bu oğlan
mənim qismətim olaydı'deyərdim.Mən
ona heyran idim,bir başqası isə
mənə.Həmin oğlanla da hər gün
qarşılaşırdım.Və bir gün o mənim qarşımı
kəsib,məni sevdiyini söylədi.Bu oğlan
mənim heç xoşuma gəlmirdi.Və mən onu
heç düşünmədən rədd etdim.O isə buna
baxmayaraq,məni həmişə sevəcəyini
söylədi.Mən isə bəyəndiyim o oğlanı
düşünürdüm.Bir gün isə o mənə yaxınlaşıb
mənimlə tanış olmaq istədiyini
söylədi.Mən inana bilmirdim,mənim üçün
möcüzə baş vermişdi.O mənim qarşımda
idi və mənə sevən gözlərlə baxırdı.
çox keçmədi,ailələrimiz də razılıq verdi və
biz nişanlandıq.Hər gün məni evin
qarşısından götürürdü və biz birlikdə işə
gedirdik.Bir gün yenə mən evin qarşısında
onu gözləyirdim.Zəng
vururdum,telefonuna zəng
çatmırdı.Birdən bir qız mənə yaxınlaşdı və
dedi:
-Xanım,məni sizin nişanlınız göndərib.O
xəstəxanada ağır vəziyyətdədir.Və sizi
gözləyir.
Təbii ki,mən inanmadım.Yenə də zəng
etdim və yenə də telefonuna zəng
çatmırdı.özümü itirdim.Tez qızdan onun
hansı xəstəxanada olduğunu soruşdum.O
isə maşının yaxında olduğunu və bizi ora
aparacağını dedi.Biz maşına getdik...
Mən gözlərimi açdım.Qarşımdakı isə
nişanlım deyil,bir vaxt məni sevdiyini
etiraf edən,mənimsə düşünmədən rədd
etdiyim oğlan idi.Mən heç nə başa düşə
bilmirdim.Birdən sanki ağlım başıma
gəldi.Və nişanlımın xəstəxanada olduğu
yadıma düşdü.Mənsə onun yanına getmək
istədim.O isə məni buraxmadı.Məni
aldadıb qaçırdığını söylədi...
Mənsə ona nişanlı olduğumu və
nişanlımın gəlib onu öldürəcəyini
söylədim.Və həmin vaxt qapı
döyüldü.Atamgil və nişanlım içəri
girdilər.Və mənim ailəmlə oğlanın ailəsi
 arasında dava qışqırıq başladı.Mən isə
qaçıb nişanlımı qucaqlayaraq məni
burdan aparmasını istədim.O isə məni
itələdi.Mən onun ayaqlarını qucaqladım
və heç nə baş vermədiyini,mənim yenə
həmin insan olduğumu söylədim.O,mənim
əllərimdən yapışıb məni qaldırdı.Əlimdən
nişan üzüyümü çıxarıb öz üzüyünü isə
ovuclarıma qoydu.Və dedi:
-Mənim qadınım təmiz olmalıdır.Bu cür
qadını mən özümə arvad edə
bilmərəm.Sən mənə layiq deyilsən.Sən
əxlaqsızsan.
çıxıb getdi.Mən isə məcburən həmin
 oğlanla evləndim.özümü öldürməyi belə
düşündüm.Amma yoldaşım məni o qədər
sevdi,o qədər əzizlədi ki,məndə ona qarşı
məhəbbət oyandı.Və biz dünyanın ən
xoşbəxt ailələrindən biri olduq.İndi iki
uşağımız var.
Əvvəlki nişanlıma gəldikdə isə:o
həbsdədir.çünki o,öz arvadını
öldürüb.Səbəbi: arvadı ona edilməyəcək
əxlaqsızlıqlar,deyilməyəcək yalanlar
söyləyib.
O mənə əxlaqsız dedi,Allah isə onun
 qarşısına əxlaqsız çıxardı... 

 


 

 

(səs: 8)
Şərhlər: 2
Baxılıb: 10 623
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri