Uşaq otağı necə olmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 45 442
Səs ver:
(səs: 16)

Uşaq otağı necə olmalıdır?

  Yəqin ki,uşaqlıqda çoxlarının otağı olmayıb.Hətta bəziləri qonaq otağında,ya da ata-anası ilə bir otaqda yatıb.Sosial -iqtisadi şərait insanları buna vadar etsə də son vaxtlar əksər valideynlər otaqlardan birini uşaqlara ayırmağa çalışırlar.Mütəxəssislərin fikrincə,evin ən böyük otağı uşaqlar üçün ayrılmalıdır. Çünki bu,uşağın daha zəkalı böyüməsinə səbəb olur. Uşaq otağı necə olmalıdır? Hər şeydən əvvəl uşaq otağı evin ən səssiz guşəsində olmalıdır. Dəvarların rəngi açıq rəngdə olmalıdır.Aşıq rənglər otağı daha geniş və daha işıqlı göstərir.Uşağınızın yataq dəsti ilə divarın rəngi uyğun gələrsə daha gözəl olar.Qız üçün çəhrayı,oğlan üçün mavi rəng olması prinsipi heç də əsas deyil.Açıq yaşıl,saman sarısı,mavi-yaşıl,açıq qırmızı və.s ola bilər.Uşağınızın yatağından asdığınız oyuncaqlar onun inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. Otaqda istifadə edilən əşyaların və mebellərin yuvarlaq kənarlı olması uşağınızın təhlükəsizliyi baxımından çox vacibdir.Otaqdakı xalçaların toz udmayan materiladan hazırlanması da az əhəmiyyət kəsb etmir.Otağın işıqlandırılması üçün parlaq işıqlardan istifadə edilməsi məsləhət görülmür.Bundan başqa abajur və gecə lampalarından da istifadə etmək olar.Pəncərənin bağçaya açılması və ya şərqə baxması uşağınızın ruhən sağlam böyüməsi üçün çox vacibdir.

 

Redakte etdi: PRETTY GIRL

(səs: 16)
Şərhlər: 2
Baxılıb: 45 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri