Uşaqlarımızın gələcəyini hansı banka etibar edək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 850
Səs ver:
(səs: 1)
 Uşaqlarımızın gələcəyini hansı banka etibar edək?
Hər bir valideyn uşağının sağlam, güclü böyüməsini təmin etmək istəyir. Nə təssüf ki, bəzən bizdən asılı olmayan səbəblər gözlənilməz problemlər yaradır. Belə vəziyyətlərdən sığortalanmaq necə mümkündürmü?
Əgər Sizin də müəyyən məbləğdə pulunuz varsa və Siz bu pulları övladınızın sağlam gələcəyinin təminatına yatırmaq istəyirsinizsə, digər variantlar arasından yəqin ki, bankda pul yerləşdirmək və ya övladınızı sığortalamaq da ağlınızdan keçir. Elə isə bu gün Azərbaycan bankları və sığorta şirkətləri hansı imkanları təqdim edir?
İlk öncə pullarınızı etibar edəcəyiniz bankın maliyyə durumunu qiymətləndirməyə çalışın.
Onun aktivlərinin həcmini, gəlirin təmin olunacağını, müflisləşdiyi halda kompensasiya ödəmək qabiliyyətini, yəni bankın ADİF-in (Əmanətlərin Sığortalanması Fondu) üzvü olub-olmamasını öyrənin. Bu gün ölkəmizdə fəaliyyət göstərən 46 bankdan 39-u bu təşkilatın tərkibinə daxildir. Əgər cavablar Sizi qane edərsə, belə bir məsləhətdən istifadə edin: depozit sığorta depoziti ödəyəcəyi həcmdə açılsa daha yaxşı olar, çünki bu, hər hansı riski istisna etməyə imkan verir. Fond tərəfdən ödəniləcək əmanət üzrə kompensasiya həcmi 1 yanvar 2010-cu il tarixinə dək 100% təşkil edir, lakin bu, 6 min manatdan yuxarı ola bilməz. Deməli, depozitin özünü də 6 min manatdan yuxarı həcmdə açmaq lazım deyil. 2010-cu ilin yanvar ayından etibarən bu rəqəm 15%-ə dək dərəcə üzrə əmanətlər üçün 30 min manat təşkil edəcək. O zaman depoziti bu məbləğ çərçivəsində, müxtəlif banklarda və ya bir bankda ancaq müxtəlif növ əmanət şəklində yerləşdirmək olacaq. Nəzərə alın ki, faiz dərəcələri depozitin müddəti və valyutasından asılı olaraq dəyişir. Depozit manatla yaxud dollarla olarsa faiz dərəcələri daha yüksək olar.
Sığorta ilə başlayaq. “Qarant Sığorta” şirkəti, 18 yaşadək uşaqların tibbi sığortası unikal proqramına start verib. Proqram iki: 1 aylıqdan 6 yaşadək olan uşaqlar üçün nəzərdə tutulan “Qarant Uşaq» və 6-dan 18 yaşadək olan uşaqlar üçün nəzərdə tutulan “Qarant Şagird” yarım növlərindən təşkil olunub. Valideynlər uşağı təklif olunan üç variantdan, yəni “Pediatrik I”, “Pediatrik II”, “Pediatrik Plus” variantlarından birinə əsasən 1 il müddətinə sığortalaya bilərlər. Sığorta polisinin qiyməti ödəmə məbləğindən asılı olaraq dəyişir.
Proqramın unikallığı ondan ibarətdir ki, uşaqların fərdi tibbi sığortası Azərbaycanda ilk dəfə tətbiq olunur və bu imkanı məhz “Qarant Sığorta” Şirkəti təqdim edir. Sığorta polisinin rəsmiləşdirilməsi əməliyyatının sadəliyi və operativliyi mütləq tibbi müayinənin aparılmasını tələb etmir. Valideynlərə maraq göstərərək uşağın sağlam gələcəyi naminə seçim etmək kifayətdir.
Bu gün ölkə ərazisində fəaliyyət göstərən banklar da öz növbəsində müxtəlif uşaq yığım əmanətləri təqdim edirlər.
Xalq bank
Müddət -12 ay
Minimal məbləğ -1000 AZN /USD/EUR
Maksimal məbləğ - Məhdudiyyətsiz
Illik faiz dərəcəsi - 10%
Əmanətin vaxtından əvvəl çıxarılması halda faizlər təyyin edilmiş illik faiz dərəcəsinin 50% miqdarında (5%) tarifı ilə hesablanır.
Əmanət 18 yaşına çatmamış uşağın adına açılır.
Uşaq 14 yaşına çatarkən ona verilən etibarnaməyə əsasən hesab üzrə əməliyyatları apara bilir.
Parabank “Uşaq Əmanəti”ndə daha sərfəli şərtlər təqdim edir. "Uşaq Əmanəti"nin şərtlərinə yenicə dəyişiklik edən bank, adına əmanət yerləşdirilən uşağın hər bir əlamətdar günündə (ad günləri, birinci sinifə getməsi və s.) bank tərəfindən hədiyyələr verilməsini də nəzərdə tutur. Siz ilkin ödəniş 200 manat olmaqla əmanət yerləşdirə bilərsiniz. Əmanətin müddəti 18 yaş tamam olanadəkdir. Qeyd edək ki, əmanət faizləri ildə bir dəfə əsas məbləğə əlavə edilir. Müştəri minimum məbləği yerləşdirməklə müddətin sonunda 2115.29 manat, ABŞ dolları ilə isə 1805.08 məbləğ əldə edir.
NBC Bankın təqdim etdiyi "UŞAQ ƏMANƏTİ"nin müddəti 1-3 ildir. Əmanətin valyutası AZN, ABŞ Dolları və Avro olmaq şərti ilə minimal məbləğ 500 (hər 3 valyuta növündə)
"Uşaq əmanət"i üçün əlavə güzəştlər də nəzərdə tutulur.
Əmanətçiyə "Master Card" beynəlxalq ödəniş kartı pulsuz olaraq verilir .
Əmanətçinin istəyindən asılı olaraq əmanət məbləğinin 30%-i məbləğinə qədər kart hesabında kredit xətti açılır.
Bu əmanət növü 18 yaşına çatmayan şəxsin adına qoyulur.Adına əmanət qoyulan şəxs 18 yaşına çatdıqdan sonra əmanətin tam hüquqlu sahibinə çevrilir. Bu vaxta qədər isə əmanətin tam hüquqlu sahibi əmanəti qoyan şəxs hesab olunur.
Bank əmanəti məbləğinə hesablanan faizlər Əmanətçiyə onun xahişinə əsasən ildə bir dəfə əmanətin məbləğindən ayrılıqda ödənilir.
Rabitəbank Uşaq Yığım əmanəti
Uşaqlarınızın sabahını təmin etmək üçün ən əlverişli şərtləri və rahatlığı ilə fərqlənən təkliflərdəndir.” Bankımızda Uşaq Yığım əmanəti açın, faizlərinizə də faiz qazandırın və sürətlə artan məbləğlə övladınızın gələcəyini qurun.” çağırışı edən bank əlavə imtiyazlar da nəzərdə tutur:
Bura hər bir uşağın doğum günündə 20 ABŞ dolları dəyərində hədiyyə və Yeni il şənliyində iştirak etmək üçün əyləncə müəsssəsinə 2 bilet daxildir.
Əmanət yetkinlik yaşına çatmamış uşaqlar üçün nəzərdə tutulur.
Dəmir Bank Uşaq əmanətinin əsas üstünlükləri: faizlərin hər rüb kapitallaşmasıdır.
Əmanətin müddəti: 1 ildən uşaq 18 yaşına çatana qədərdir.
Minimal məbləğ: 100 AZN / USD / EUR
“Uşaq” əmanətinin faiz dərəcəsi Bankda mövcud olan əsas müddətli əmanətin orta faiz dərəcəsinə bərabərdir və həmin faiz dərəcəsi dəyişdiyi halda Bankda olan bütün “Uşaq” əmanətləri üzrə faizlər həmin gündən etibarən yeni faiz dərəcəsi ilə hesablanır.
Capital bank “Uşaq Yığımı” Depoziti övladınızın həddi-büluğ dövrünə çatana qədər Sizə böyük məbləğ yığmaq imkanı verir. Minimal məbləğ - 100 AZN/USD olan depozit 16 yaşadək uşaqlar üçün nəzərdə tutulur. Faizlərin ödənişi - müddətin sonunda mümkündür.
 
Redakte etdi: PRETTY GIRL
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 850
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri