Süni qidaların Azərbaycan reallığı...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 9 140
Səs ver:
(səs: 0)

Süni qidaların Azərbaycan reallığı...

Süni qidaların Azərbaycan reallığı... 

Insan orqanizmi ev kimidir: təməl düzgün qurulmazsa, bina da möhkəm olmaz. İnsan orqanizminin özəyi isə körpə həyatının ilk 6 ilində qoyulur. Deməli bu yaşda balacanın qidasına xüsusi diqqət yetirilməlidir. Insanın boy atması prosesinin 70 faizi həyatın ilk 10 ilində baş verir. Sağlam böyümə, inkişaf isə qida ilə qəbul edilən həyati vacib elementlərdən asılıdır. Ən vacib elementlər, ən faydalı maddələr isə yalnız ana südündə ola bilər.
Lakin ana südü kifayyət etmirsə necə?, Ana süni qidalardan istifadə etmək məcburiyyətindədirsə,bu zaman əsas müzakirə hədəfi dəyişirmi?
“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu”na nəzər salaq:
Körpə - bir yaşınadək uşaq
Erkən yaşlı uşaq - bir yaşından üç yaşınadək uşaq;
Ana süd ilə qidalanma - körpə və erkən yaşlı uşaqların döşlə əmizdirilməsi;
Eksklüziv qidalanma - altı aya qədər körpələrin yalnız ana südü ilə qidalandırılması;
Süd anası - başqa körpəni əmizdirən qadın;
Süni qidalanma - ana südü olmadıqda körpələrin və erkən yaşlı uşaqların süni qida qatışıqları ilə qidalandırılması;
Süni qida məhsulu - körpələrin və erkən yaşlı uşaqların qidaya tələbatını ödəyən və onların fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılan, ana südünü qismən əvəz edən qida qatışığı.
Qeyd etmək yerinə düşər ki, hətta kağıza yazılmış qanun belə süni qidanın Ana südünü yalnız qismən ödəyə bildiyini təsdiqləyir.
Körpələriniz üçün süni qida seçərkən ehtiyatlı olun!
Bu gün nə qədər təzadlı olsa da bəzi analar bilərəkdən balacaya ana südü verməkdən imtina edirlər.Tanıdığım əksər xanımlar bunu əsəbi olmaları, səbrlə körpəni döşə tuta bilmədikləri ilə əsaslandırırlar. Deməli süni qidaları çıxış yolu kimi seçənlərin də sayı artır.
DİQQƏT: Bu üsulla körpələrini qidalandıran analara ürəkaçmayan bir xəbərimiz var: dünyanın aparıcı araşdırma mərkəzləri süni qidaların uşaqlarda mədə bağırsaq pozğunluqlarına səbəb olduğunu sübut ediblər. Yerli mütəxəssislər də süni qidalarla qidalanan körpələrdə mədə bağırsaq xəstəliklərinə digərlərinə nisbətən 2 dəfə çox rast gəlindiyini etiraf edirlər.
Üstəlik də nəzərə alsaq ki, 2006-cı ildə Azad İstehlakçılar Birliyi erkən yaşlı körpələrin qidalanması ilə bağlı qanunun tələblərinin icrasının monitorinqini apararkən, satışa saxta qidaların buraxılması və qidaların saxlanma şəraitinə riayət edilməməsi faktını aşkarlayıb, analar daha da narahat olmalıdırlar.
Əziz analar, təsəvvür edin: süni uşaq qidası yuxarıda qeyd olunuduğu kimi ana südünü yalnız qismən ödəmək iqtidarındadırsa, saxta və ya lazımi şəraitdə saxlanılmayan süni qida hansı nəticəyə gətirib çixara bilər?
Şəhərdə keçirdiyimiz sorğudan məlum oldu ki, ən çox etibar qazanmış süni uşaq qidası istehsal edən şirkətlər “Humana”, “Hipp”, “Nutrica”-dır.
Süni qida problemi
Qısaca xatıraltma: 2008-ci ilin sentyabr ayında Çində melamin qalmaqalı baş qaldırmışdı. Məhşur şirkətlər də daxil olmaqla, keyfiyyətsiz və melamin qarışıqlı süni uşaq qidalarının istehsalı 6244 körpənin ağır xəstələnməsi ilə nəticələnmişdi. Onlardan 288-i böyrək çatışmazlığına düçar olmuş, üçü isə həyatlarını itirmişdi. Əsas səbəbkar “Sanlu” firması göstərilsə də, digər şirkətlərin də qadağan olunmuş maddədən istifadə etdiyi aşkarlanmışdı. Azərbaycanda “Sanlu” firmasının məhsulları satışda olmasa da, nəzərə almaq lazımdır ki, süni qida adından da bəli olduğu kimi sünidir və onun tərkibi üzəində qeyd olunsa da, hər zaman bizim üçün naməlum olaraq qalacaq.
Pediatr rəyi
AVA skandinaviya klinikasının həkim -pediatrı Emin Əfəndiyev süni qidalar barədə suallarımızı cavablandırarkən qeyd etdi ki, Azərbaycanda süni uşaq qidalarının keyfiyyəti normaldır. Həkim eyni zamanda Çində baş verənlərin analoquna Azərbaycanda rast gəlmədiyini də bildirdi.
Lakin ana südünü əvəzləmək məsələsinə gəlincə həkim öz qəti fikrini söylədi: “Ana südü həyat əhəmiyyətli məsələdir. Lakin ananın südü yoxdursa və ya sadəcə döşlə əmizdirmək istəmirsə qadın öncədən bilməlidir ki, süni qida ana südünü əvəz edə bilməz. Məlumdur ki, ana südü dadmamış körpənin immun sistemi daha zəif, yoluxucu və allerqik xəstəliklərə daha çox meyilli olur”. Pediatr onu da əlavə etdi ki, süni qidalarla bəslənmiş körpələr artıq çəki problemi ilə daha tez-tez rastlaşırlar.
Lakin elə hallar da olur ki, qadın hər hansı səbəbdən südünü itirir.
Emin həkimin sözlərinə görə, insan orqanizmi istənilən maddəyə personal reaksiya verir. Süni qidalarda olan hər hansı maddə körpənin orqanizmində daxili allerqiya yarada bilər. Bu cür allerqiyaların yarandığı halda analara körpələrini soya südləri ilə bəsləmək məsləhət olunur.
Psixoloq rəyi
Ana südü ilə bəslənən uşaqlarla süni qida üzərində böyümüş uşaqlar arasındakı psixolji fərqi öyrənmək üçün psixoloq Lalə Orucova ilə söhbət etdik. Lalə həkimin sözlərinə görə, ana südündən məhrum olmuş uşaqlar ailəsinə, yaxınlarına, hətta analarına qarşı daha soyuq münasibətdə olurlar.
“Bir müddət öncə bir qadın yanıma 8 yaşlı övladını gətirdi. Xanım söylədi ki, uşaq onun sözünə qulaq asmır, bu kiçik yaşda valideynlərinə qarşı soyuq bəzən isə kobud davranır. Qadının sözlərinə görə, 8 yaşlı Anardan başqa onun iki övladı da var. Lakin heç birindən heç vaxt belə münasibət görməyib. Mən ondan soruşanda ki, Anar körpəliyində digərlərindən fərqli münasibət görübmü, qadın Anarın ana südündən məhrum olduğunu söylədi. “Əfsus ki, Anar doğulandan 2 həftə sonra anam dünyasını dəyişdi. O zaman stress keçirdiyimdən südüm kəsildi. Onu süni qidalarla bəsləmişəm.” Xanım həm də qeyd edirdi ki, uşağın yaddaşı zəifdir, dərslərinə diqqətsiz yanaşır və s.”
Psixoloqun sözlərinə görə, bu cür hallarla tez-tez rastlaşır. Ana südünü əmməyən, ana döşünün istisini hiss etməyən övlad, sabah almadığı istini yaxınlarına qaytara bilməyəcək.
“Kimsəni qınamaq dügün olmaz. Elə hallar olur ki, anadan asılı olmayaraq, süd itir. Bu halda övladına süni qida verməyə məcbur olan qadın, ona daha çox diqqət yetirməli, özünə yaxın saxlamalı, körpəsinə onu nə qədər sevdiyini göstərməlidir. Körpələr hər şeyi hiss edir, duyurlar. Onlara ana südü verilmirsə, ana məhəbbəti ikiqat verilməlidir”,-deyə həkim bildirdi.
Rəsmi statistika
Statistikaya əsasən bu gün Azərbaycanda südəmər uşaqların yalnız 11,6 faizi ana südü ilə qidalanır. Qalan 88,4 faiz körpələrin süni qida ilə qidalandığını nəzər alsaq, gələcəyimizin o qədər də parlaq olmayacağını indidən təxmin edə bilərik.
Adətən məsləhəti həkimlər verir. Bizim məqalədə isə bir yox, bir neçə mütəxəssis danışdı.
Əziz qadınlar! Əgər südünüz itməyibsə və sadəcə formanı itirməmək üçün körpənizi ana südündən məhrum edirsinizsə, düşünün ki, sabah həmin körpə sizi öz məhəbbətindən məhrum edə bilər.
Nəzərə alın ki, nəinki körpənin sağlamlığını, eyni zamanda ana-övlad münasibətlərini təhlükə altına almaq iqtiarında olan hər bir amil aradan qaldırılmalıdır. Ən əla döş forması, ən gözəl bədən quruluşu belə körpənizin sağlamlığının və onun sizə olan münasibətinin yerini verə bilməz.
Redakte etdi: PRETTY GIRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 9 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri