Güvəc dostum, düşmənim?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 923
Səs ver:
(səs: 0)
 

 Bəzən gənc analar körpəni güvəcə öyrətməyin ,çətin məsələ olduğunu düşünürlər. Lakin uşaq böyüdükcə qarnını və sidik kisəsini idarə etməyi öyrənir. Beləliklə anaya yalnız övladını diqqətlə izləmək və onun artıq güvəcə hazır olub-olmadığını müəyyənləşdirmək qalır. Lakin unutmaq olmaz ki, körpənin güvəclə dostlaşmaması sizin öz valideyinlik vəzifənizin öhdəsindən pis gəldiyinizə dəlalət etmir.Güvəcə münasibət uşaqlarda biri-birindən fərqlənir.
Onların əksəriyyəti birinçi il bağırsaqların işini demək olar ki, hiss etmir. Düz bağırsaq dolan kimi nəcis bayıra elə tez çıxır ki, ana görməyə də bilir. Digər qrup uşaqlar isə ayrı-ayrı vaxtlarda bir və ya daha artıq dəfə bayıra cıxırlar. Onu güvəcə bu dövrdə öyrətmək çətin olaçaq. Uşaq qeyri-müntəzəm olaraq bayıra getdiyindən güvəcdə onu uzun müddət oturtmalı olacqsınız. O isə nətiçədə hirslənəck və inadkarçasına güvəcə oturmaq istəməyəck. dur ki, ilk növbədə bilmək lazımdır ki, güvəc "məşğələlərinə» yalnız iki tərəfin də səyi nəticəsində başlanılmalıdır. Bu dövür körpənin müstəqil olaraq oturub, dura bildiyi vaxtda təsadüf etməlidir.
Güvəcə körpəni 2-3 dəqiqə oturdun. Təcrübə göstərir ki, qız uşaqlarını öyrətmək oğlan həmyaşıdları ilə müqaisədə daha asantdır. Əgər bir vaxtlar uşağı güvəcə daha tez öyrətməyin tərəfdarları üstünlük təşkil edirdisə, bu gün əks fikirin tərəfdarları artmaqdadır. Körpə yalnız 18-24 aylarınıda öz təlabatlarını dərk etməyə başlayır. Güvəcə gec öyrədilən uşaqlar güvəclə daha tez dostlaşırlar. Ana südəmər körpənin yaş əski və bezlərini qısa bir vaxtda dəyişdirməlidir ki, gələcəkdə ona təmizlik və quruluq hissini aşılasın.
Körpənin güvəclə dostluğu ananın bacarığından və yanaşmasından da az asılı deyil. Bir ananın istifadə etdiyi üsullar digər ana üçün də şərt deyil. Körpələr adətən böyükləri təkrarlamağa çalışırlar. Ana körpənin bu marağını da güvəclə dostlaşması ücün istifadə edə bilər. Və ya körpənin oyuncaqlarından da yararlanmaq yerində olardı. Razılaşın ki, bəzi körpələr kitabları çox sevir. Övladının istəklərinə nəzarət edə bilən ana bu mövzuya həsr olunan kitablar ala bilər. Bu zaman kitabdakı şəkillər vasitəsi ilə körpədən nə tələb olunduğunu ona başa sala bilər. Əsas məqamlardan biri də körpəyə müstəqil olaraq alt paltarını çıxardıb, güvəcə oturmağı öyrətməkdir. Bəzi uşaqlar bu zaman anasının köməyinə ehtiyyaç duyur. Ana balacanı şirnikləşdirməklə bütün işlərin öhdəsindən özünün gəlməli olduğunu başa salmalıdır.
Valideynlər körpəni inadkarlıqla öyrətmək istədikdə , uşaq da sərt münasibət göstərir.Əksinə səbr nümaiş etdirdikdə körpə özü də bu cəhdlərin iştirakçısına çevrilir. Hətta körpə güvəcə öyrəndikdə belə gecə saatlarında onu güvəcə oturtmaq asand olmayaçaq. Yalnız 2-3 həftə sonra o öz uğurunu təkrar edəcək. Önəm verməli olduğunuz daha bir məqam. Körpəni güvəcə oturdarkən onun belini əyməməsinə, düz oturmasına çalışın. Əks halda o bu dövürdən başlayaraq belini əyərək oturmağa adət edə bilər.
Bəzi uşaqlarsa güvəcə uzun-uzadı oturmaqdan xoşlanmağa başlayırlar. Oyuncaqları ilə də güvəcdə oturaraq oynayırlar. Bu səhv yanaşma olduğundan , əsas iş ananın üzərinə düşür.Ana körpənin güvəcdə niyə oturduğunu ona başa salmalı və belə hallara yol verməməlidir.
Bəzi valideyinlər bu məsələdə daha qərarlı olur və körpəni 6 aylığından başlayaraq güvəcə öyrətməyə çalışırlar.
Əgər uşaq hər gün səhər yeməyindən 10 dəqiqə sonra bayıra cıxırsa , onda xüsusi səy göstərmədən məqsədə tez çatmaq olur. Körpə güvəcə tez öyrəşir və bunun nəcis ifrazından doğan hisslə əlaqəli olduğunu düşünür.
Uşaq ağrılı və bərk nəcis ifrazınıdan qorxduqda isə ona qarşı daha anlayışlı olun. Nəcis ifrazı zamanı bir dəfə ağrı keçirən uşağın heç cür bayıra çıxmaq istəməməsini başa düşmək olar. Əgər uşaq iki yaşında bayıra bərk çıxırsa mütləq həkimlə məsləhətləşmək vacibdir. Həkim lazım olan dərmanı yazacaq və ya onun yeməyini dəyişməyinizi tövsiyyə edəcək. Əgər uşaq sizin bütün səylərinizə baxmayaraq inadkarlıqla güvəcdən imtina edirsə , bu zaman necə əsəbləşdiyinizi göstərməyə tələsməyin. Valideyinlərin qəzəbi uşağın özünü günahkar hiss etməsinə gətirib çıxaracaq. Lakin bu yolla onu yola gətirmək mümkün olmayacaq. Əksinə sərt münasibətinizlə onu qorxaq, utancaq və tez ruhdan düşən insan kimi formalaşdıracaqsınız.
Redakte etdi: PRETTY GIRL
 
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 923
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri