Qıraqda arvad saxlamaq [Müzakirə]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 902
Səs ver:
(səs: 0)

Qıraqda arvad saxlamaq [Müzakirə]

Ailə daxilində təhlükə yaradan qlobal problemlərdən biri də kişilərin özlərinə sevgili tapmalarıdır. Buna el arasında "qıraqda arvad saxlamaq" da deyilir. Artıq çoxdan bu məsələ bir çox ailələrin ciddi probleminə çevrilib və evdə uşaqların olmasında baxmayaraq ailənin sonda dağılması ilə nəticələnib.
Bəs bu kimi hallar niyə baş verir və əslində hansı tərəfin günahı üzündən kişi ikinci bir qadınla yaşamağa üstünlük verir. Axı əslində hər bir qadın xəyanətin onun ailəsindən yan keçməsini istəyər.
Kişilər ən sadə halda ona görə sevgili tapır ki, artıq qadını onu qane etmir, və ya onunla kifayət qədər ehtiras yaşamır. Yeni bir qadın və onunla şəhvət dolu anlar yaşamaq istəyir. Kişilərin sevgililəri onlarla uzun və ya qısa müddətli ola bilər. Bu artıq hadisələrin gedişatı və onların belə desək, yola getmələrindən asılı olur.
Bəzi hallarda isə kişilərin ikinci qadın yanına getmələri onların öz həyatlarını rəngarəng etməyə çalışmaları, eyni bədəndən artıq bezmələri və sadə kişi marağı kimi əsas göstərilir.
Yeni tanış olunmuş qadınla ordan-burdan, məzəli əhvalatlardan və ya lətifələrdən danışıb gülüşmək daha maraqlı gəlir.

P.S: Bəs sizcə kişilər niyə kənarda gizli şəkildə kimləsə görüşür və xəyanət edir?
Buna əsas səbəb nədir və qarşısını necə almaq mükündür?

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 7 902
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri