Astronomiya və Astrologiya

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 904
Səs ver:
(səs: 0)
​Tarixin ən qədim çağlarından bu günə kimi bir çox kəhanət metodları mövcud olmuşdur,lakin onların heç biri astrologiya qədər insanları maraqlandırmamışdır.Digər kəhanət metodları islamda yasaqlansa da Astrologiya qəbul edilmişdir.

“Astronomiya” sözü yunanca “astron” – ulduz və “nomos” – qanun sözlərindən əmələ gəlmiş və hərfi mənada “ulduzlar qanunu” kimi məna daşıyır. Astronomiya Kainat haqqında elmdir. O göy cisimlərinin (ulduzlar, Günəş, Ay, planetlər və onların peykləri, asteroidlər, kometlər, meteorlar, meteoritlər) göydə vəziyyətini, hərəkətini, quruluşunu, fiziki halını, kimyəvi tərkibini, əmələ gəlməsini və təkamülünü öyrənir. Bundan əlavə, astronomiya göy cisimlərinin əmələ gətirdiyi sistemlərin (qalaktikalar, dumanlıqlar, ulduz topaları), ulduzlararası mühitin, planetlərarası mühitin və hətta Kainatın bütövlükdə əmələ gəlməsini və təkamülünü öyrənir.
Astronomiya şərqdə “ilmi-heyet” kimi də tanınırdı.

Astronomiya əsasən üç məsələnin həlli ilə məşğuldur:
1. Göy cisimlərinin görünən və həqiqi vəziyyətlərinin və hərəkətlərinin öyrənilməsi, göy cisimlərinin forma və ölçülərinin, onlara qədər məsafələrin təyini;
2. Göy cisimlərinin quruluşunun, fiziki halının və kimyəvi tərkibinin təyini;
3. Göy cisimlərinin və onların əmələ gətirdiyi sistemlərin əmələ gəlməsi və təkamülünün öyrənilməsi.

“Astrologiya” sözü (yun. ἄστρον – “ulduz”, “bürc” vəyun. λογία – “elm” sözündən) — göy cisimləri, onların hərəkətləri ilə yerdəki insanların xarakterləri, sosial əlaqələri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və inancların bütünlükdə adıdır.
Müasir dövrdən əvvəlki zamanlarda astrologiya ilə astronomiya tez-tez qarışdırılırdı. Astrologiya demək olar ki, astronomiya ilə birlikdə inkişaf etmişdir. Böyük astroloqlar həm də dövrlərinin böyuk astronomları idilər. Astrologiya Şərqdə “ilmi-nücum”, “ulduz falı” və başqa adlarla adlandırılmışdır.

Astronomiya və Astrologiya elminin fərqinə gəlincə onu qeyd etmək istərdim ki, akademik mətbuatda astrologiya elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq insanların böyük bir hissəsi ona inanmaqda davam edir. Bəzi astroloqlara görə astrologiya əsla fal demək deyildir. Çünki astrologiya da başqa elmlər kimi hesablamalara, müşahidələr əsasında mühakimələrə əsaslanır.Astronomiya “ulduzların nizamı” mənasını verir və qalaktikanı,planetləri,bütün göy cisimlərini,kainatı öyrənir.Astrologiya “ulduzlar elmi” mənasını versə də müasir dövrdə sadəcə ulduz büdcələrini öyrənir.Göy üzünə nəzər saldıqda çoxlu miqdarda ulduz görmək mümkündür ki, bunlar da hər biri bir bürcə (ulduz qrupuna) aiddir.Ümumilikdə 88 bürc vardır ki, onların da 12 si Zodiak bürcüdür.
Bürclərin insanların gələcəyindən xəbər verməsi məsələsinə gəlincə isə bəzilərinin fikirlərinə görə bu tamamilə bir uydurmadır , hansı ki , bu işlə məşğul olan şirkətlərin qazanc əldə etməsinə əsaslanır..Bəziləri isə bunu tamamilə başqa cür qəbul edir və qeyd edirlər ki , Astrologiya həqiqətən göy cisimlərinin incələnməsinə dayanan statistik bir elmdir və onu dərk etmək üçün medyumluq qabiliyyətinin olmasından söz belə gedə bilməz.Ticari məqsədlə yazılmış ədəbiyyatları ayırd edə biləcək qədər gözü açıq biriysə , onun rahatlıqla astoloq ola bilməsi üçün gərəkli olan tək şey zəka və bilgidir ki, bunu da gerçəkdən qiymətli olan yüzlərlə kitab və yüz minlərlə yazının ıçındən astrologiya mövzusunda olan ədəbiyyatlardan əldə edə bilər.
Astrologiya elminə dair ilk şübhələr hələ 16-cı əsrdə Polaniyalı bir astronom olan Copernicus kainatın mərkəzinin Dünya deyil,Günəş olduğu fikri ilə ortaya çıxmışdır.Kepler(1571-1630) də tanınımış astonom və astroloq olmuşdur və Copernicusun tərəfdarlarından biri olmuşdur.Onun həm də belə bir deyimi olduğu da söylənilir:
” Astrologiya,ağıllı bir ana olan Astronomiyanın axmaq qızıdır” :))
Qalileyin teleskopu icad etməsi ilə göy üzünü incələnməsi yəni, Astronomiya üstünlük əldə etmişdir,Astrologiya rədd edilmişdir.
Buna baxmayaraq, dövrümüzdə hələ də Günəş,Ay və digər planetlərin bizə həqiqətən təsir etdiyinə inananlar da mövcuddur.Hətta məşhur amerikalı yazar Mark Twain belə astrologiya tutqunu olub.
Astroloji fikirlər həqiqətən saxta və yanlış olmuş olsaydı Peru İnka’ların, İbranilərin,Çinlilərin,Hindlilərin,Misirlilərin,Romalıların,Avropalıların və Polineziya xalqının bunu bir-birində xəbərsiz olaraq necə kəşf etmələrini anlamaq çətin olardı.Ya bütün dünya eyni vaxtda bir çılğnlığa uğramış,başına hava gəlmiş ya da Astrologiyanın gerçəklə bağlı mütləq ki bir əlaqəsi vardır.

Əfsanə Rza
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 904
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri