Dırnaqlarda ağ ləkələrin səbəbi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1542
Səs ver:
(səs: 0)
Tibdə dırnaqlarda ağ ləkələrin olması leykonixiya ("leuko" - ağ, "onychos" - dırnaq) adlandırılır.

Əgər belə ağ ləkələr tək-tək və nadir hallarda əmələ gəlir və bir müddətdən sonra yox olursa, bu narahatçılıq üçün səbəb yaratmır. Lakin ağ ləkələr dırnaqlarda həddən artıq çoxdursa, uzun müddət ərzində qalır və keçmirsə, bu orqanizmdə olan hər hansı pozulmanın simptomu ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır.

- Əksər hallarda dırnaqlarda ağ ləkələrin səbəbi orqanizmdə bəzi vitaminlərin (A, E) və mineralların (sink, dəmir, kalsium) çatışmazlığıdır (hipovitaminoz). Bu problemi həll etmək üçün sağlam və tamdəyərli qidalanmaq lazımdır. Qidalanmanızda daim ət və süd məhsulları, təzə meyvə-tərəvəz, qoz-fındıq olmalıdır. Hipovitaminozun digər ciddi əlamətləri (daim yorğunluq, beyin fəaliyyətinin zəifləməsi, dərinin, saçların, dırnaqların vəziyyətinin pisləşməsi və s.) meydana çıxdıqda vitamin-mineral komplekslərin qəbulu tələb oluna bilər. Belə kompleksləri yalnız həkim müayinədən sonra təyin etməlidir.

- Digər yayılmış səbəb göbələk infeksiyasıdır. Bu infeksiya gec və uzun müddət ərzində gizli şəkildə inkişaf edə bilər. Əvvəl dirnaq saralır, üzərində ləkələr əməl gəlir, dırnaq qalınlaşır, ovulur. Göbələk asanlıqla bir dırnaqdan digərinə keçir.

- Orqanizmdə zülalın çatışmazlığı zamanı da dırnaqlarda ağ ləkələr əmələ gələ bilər. Onları sayı nə qədər çoxdursa, pozulma da bir o qədər ciddidir.

Belə ləkələr uzun müddət ərzində zülalsız pəhrizlərdə oturan, tamdəyərli qidalanmayan insanlarda əmələ gələ bilər. Qidalanmanıza zülallarla zəngin olan qidaları (ət, süd məhsulları, yumurta) daxil edin. Bir müddətdən sonra vəziyyət dəyişilməlidir. Əks halda həkimə müraciət edin - bu orqanizmdə zülalların mübadiləsinin pozulmasından xəbər verə bilər. Bu pozulma isə qara ciyər xəstəliklərinin fonunda inkişaf edə bilər.

- Anemiya (qanazlığı) zamanı dırnaqlarda ağ ləkələr əmələ gələ bilər.

- Böyrək xəstəlikləri zamanı da dırnaqlarda ağ nöqtələr və zolaqlar əmələ gələ bilər.

- Həzm sistemi xəstəlikləri və pozulmları zamanı (xüsusilə nazik bağırsaq xəstəlikləri zamanı) orqanizmə daxil olan qidalı maddələr pis mənimsənilir ki, nəticədə bu ilk növbədə dırnaqların, dərinin, saçların vəziyyətinə mənfi təsir edir.

- Güclü və ya xroniki stress dırnaqlarda ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.

- Qan dövranı pozulmaları zamanı toxumaların qidalanması pozulur ki, bunun nəticəsində də dırnaqlarda ağ ləkələr əmələ gələ bilər.

- Uşaqların dırnaqlarında ağ ləkələrin əmələ gəlməsinin səbəbi adətən vitamin və ya mineralların çatışmazlığı və disbakteriozdur
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1542
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 72551
Xəbər sayı: 1
vipbetul
lazimli melumatdir
26 noyabr 2018 11:29
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 5001
Xəbər sayı: 48
fiyonik
Sitat: _Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
hee dogru deyirsen nece defe aldadiblar menii122
25 noyabr 2018 10:47
5
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 8597
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Men de hec zaman bele sey olmayib.
24 noyabr 2018 21:43
4
Şərh sayı: 81387
Xəbər sayı: 30
BARBI
Mende arada olur.Bezen ise itir
24 noyabr 2018 21:32
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 4789
Xəbər sayı: 155
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
24 noyabr 2018 21:24
2
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink
Şərh sayı: 6433
Xəbər sayı: 0
Cema_Axodova
Maraqliydi tewekkurler
24 noyabr 2018 20:54
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri