İnsan niyə özündən kiçik biriylə birlikdə olmaq istər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 302
Səs ver:
(səs: 0)

İnsan niyə özündən kiçik biriylə birlikdə olmaq istər?

Özündən yaşca kiçik bir kişi və yaxud da qadınla birlikdə olmaq arzusu həm kişilrdə, həm də qadınlarda çox rast gəlinir. Məsələyə qadın pəncərəsindən baxıldıqda da, ərini beşikdə böyüdən qadınların daha ağıllı olduğu deyilir. Hətta edilən bir araşdırmanın nəticəsinə görə, 40-69 yaş arasındakı hər 3 qadından biri özündən 10 yaş ya da daha kiçik kişilərlə birlikdə olur və 50 yaşındakı hər 8 qadından biri 40 yaşlarda kişiləri seçir. Bu da onların ağılının üstünlüyünün sübutudur. Qadınların bunu seçim etmələrinə səbəb kimi əsas onların kişi üzərində dominantlığı anlamına gələsə də amma ki, əsl səbəb bu deyil. Belə ki, əsl səbəblər arzu edilən dinamiklik, hərəkət və cinsəllikdir. 
Bəlkə də, qadınların yaşca kiçik kişilərdən gələcəklə əlaqədar bir zəmanət gözləməməsi və yalnız ictimai və cinsi olaraq ehtiyaclarının qarşılanması belə bir seçim doğurur, yəni məqsəd bəlkə də yalnız yoldaşlıq, əyləncə və xoşbəxt olmaqdır. Bəzi qadınlar isə onunla daha çox maraqlanan və karyerasını ikinci plana çəkən bir kişi seçim etdikləri üçün bu yola müraciət edirlər. Bunu da onlar gənc kişilərdə tuturlar.
Bəs kişi niyə yaşca böyük bir qadını seçər? Səbəb isə xoş söhbət, maddiyyət, ictimai ya da cinsi həyatda təcrübə və fərqlilik. Yaşı 20-30 arası kişilər xüsusilə özündən böyük qadınla yaxınlıq edirlər, səbəb isə onların mənəvi dəstək və məsləhətlətlər almaq, xoş hisslər və əlbəttə ki yenə də sevgi ola bilər. Hal-hazırda əslində insanların çox da əhəmiyyət vermədiyi bir mövzu olan yaş, artıq fiziki cazibənin arxa planına düşdü. Çünki artıq insanlar bioloji yaşa əhəmiyyət vermirlər, əsas onlar üçün hiss etdiyi və əks etdirdiyi yaşdır. Bu cür əlaqələr bu baxışın bir nəticəsidir.
Hər iki cinsin- həm qadın, həm də kişidə əsas səbəb güvən ehtiyacıdır. Çünki həyatında özündən daha təcrübəli bir adamın varlığı insana güvən verər.
Ümumiyyətlə əgər ikili əlaqələrə yaş fərqi ilə baxmasaq və məntiq çərçivəsindən baxsaq, yenə də birlikdəliklərin əksəriyyəti romantik yöndən inkişaf edir. Bu üzdən də duyğularda ideallıq olmadığı kimi, yaş fərqi də yoxdur.
Ancaq hərdən yaşı artan kişilər də 40 yaşdan sonra böyüdükcə ana olan qadından qaçdığı üçün təbii ki gənc bir partnyor axtarışında olurlar. Ana olan qadın isə ona baxıb böyüdəcək gənc bir kişi axtarışında olur.
Nəticə olaraq onu qeyd edə bilərik ki, nə olursa olsun yaş həmişə, əhəmiyyətli olan sevgi və hisslərdən geridə qalır. Əhəmiyyətli olan gözəl vaxt keçirmək, xoşbəxt olmaq, həyatdan zövq almaqdır.

Əziz oxucular, bəs sizin özündən böyük qadınla və ya özündən kiçik kişi ilə ailə quran və yaxud da yaxınlıq edən insanlara münasibətiniz necədir?

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri