Bədən özünü yuxuda təmir edir

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 362
Səs ver:
(səs: 1)
Bədənin özünü yuxuda təmir etdiyini söyləyən mütəxəssislər, gündə 8 saatdan az yatanların hormonlarının pozulduğunu, müqavimətlərinin zəiflədiyini, ürəyinin zərər gördüyünü bildirdilər.

Sağlam bir həyat üçün qidalanma qədər yuxunun da əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər, gündə 8 saatdan az yatanların bir çox xəstəliyə tutulduğunu ifadə edir.

Keyfiyyətli yuxu immun sistemini gücləndirir və beyni qüvvətləndirir, əzələləri bərpa edir. Bədən təmir işini biz yatarkən edir. Qeyri-kafi yuxu maddələr mübadiləsini pozur və hormon pozulmasına səbəb olur.

İmmunitetin zəifləməsi bədəni bir çox xəstəlik üçün açıq hala gətirir. Ürək xəstəliyi riski yüksəlir. Bədən piy toplayır. Həmçinin böyümə hormonunun da fəaliyyəti zəifləyir.

Hər gün eyni saatda yatıb-durmağın da önəmli olduğunu söyləyən mütəxəssislər qaranlıqda yatmağı tövsiyə etdilər. Çünki onda bədəni qoruyan melatonin hormonu ifraz olunur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 362
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri