Alimlər sübut edib: qadın xroniki stress vəziyyətində yaşayırsa, onun orqanizmi fizioloji göstəricilərə görə həyatında stressi az olan qadından 10 yaş daha yaşlı olacaq.
Qadınla.Com bildirir ki, araşdırma zamanı ağır xəstə uşaqları olan qadınların orqanizmində gedən proseslər araşdırılıb. Məlum olub ki, xroniki stress vəziyyətində yaşayan bu qadınlarda hüceyrə səviyyəsində gedən qocalma prosesləri daha sürətli idi.
Nyukasl Universiteti (Böyük Britaniya) alimləri aşkar ediblər ki, xroniki stress xromosom strukturlarına təsir edir, hüceyrələri "sındırır".
Bunun səbəbini alimlər hormonların təsirində görür. Stress zamanı orqanizmxüsusi stress-hormonları (kortizol, adrenalin, noradrenalin) ifraz edir. Bu hormonların təsiri qısamüddətli olarsa, orqanizmdə ciddi dəyişikliklər baş vermir.Lakin uzun müddət ərzində orqanizmdə yüksək səviyyədə olan stress-hormonlarıhüceyrələrin nüvəsini sındıra və onun genomuna təsir edə bilir.