Bulud

Şərhlər: 3
Baxılıb: 2 530
Səs ver:
(səs: 0)
Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir.[1]

Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir.

Buludluluq
Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir. Buludluluq hava və iqlimi xarakterizə edən əsas amillərdən biridir.

Quru üzərində buludluluq 4,8 okeanlar üzərində isə 5,8 dir. Dünyanın orta buludluluq dərəcəsi 5,4-dür. Antarktida və tropik enliklərdə buludluluq ən azdır : 0,2

Buludluluğun əhəmiyyəti; — qışda yeri soyumaqdan, yayda qızdırmaqdan qoruyur. Düz radiasiyanın qiymətini azaldır. Fiziki aşınmanı zəiflədir.

Buludluluq havanın qalxan hərəkətində, alçaq təzyiq sahəsində, sahil boyunda daha çox olur.

Sahildən materikin içərisinə doğru buludluluq azalır.

Yüksək təzyiqdə, havanın enən hərəkətli rayonlarında, materikin daxili hissəsində buludsuzluq hökm sürür.

Buludlu günlər ən çox qütb qurşağında və ekvatorda, ən az isə quraqlıq rayonlarında və səhralarda olur.

Buludların tipləri
Buludların 3 əsas tipi vardır: Sirus (lələkvari bulud), kümülüs (topa bulud), Stratus (laylı bulud)

1. Laylı buludlar — 2-3 km-ə qədər yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir. Yağıntı arasıkəsilməz olur.

2. Topa buludlar — qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 3-6km hündürlükdə yaranır. Bu buludlardan leysan və dolu yağır

3. Lələkvari buludlar — daha hündürdə 6 km-dən yüksəkdə (bəzən10-12 km) əmələ gəlir. 0 °C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən yayda formalaşır. Lələkvari buludlardan yağıntı düşmür.

Bəzi buludlar var ki, nadir olaraq görülür. Amma görənləri həmişə qorxudur. Ekspertlərə görə bu qəribə bulud formalaşması çox nadir hallarda meydana gəlir.

Belə bir görünüş qazanması üçün müdhiş bir enerjinin lazımlı olduğunu söyləyən ekspertlər, "Hər nə qədər qorxunc görünsə də bu buludların fırtınaya səbəb olduqları görünməyib. Hələ rəsmi bir adı belə yox. Amma böyük ehtimalla, Beynəlxalq Meteoroloji Kataloqunda artıq 'asperatus' adlandırılacağı iddia edilmişdi.

Latınca olan "asperatus" adı buludların bu dalğa, "krem" kimi görünüşünü izah edir. Braziliyada, Yeni Zellandiyada, Afrika üzərində, Rusiyada görülən bu cür buludlar ən son Şotlandiya üzərində meydana gəldi.

Buluddan düşən yağıntı leysan, aramsız-narın, çiskin xarakterli olur. Leysan adətən topa yağış buludlarından düşən iri su damlalarıdır. Leysan yağışları qısa müddətli yağır. Aramsız-narın yağıntı yağış və ya qar halında laylı yağışlı və yüksək laylı buludlardan düşür. Bəzən bir neçə gün davam edir. Çiskin gözlə güclə seçilən xırda su damlalarıdır. Laylı buludlardan düşür.

Maraqlı hadisələr
Buludlarla bağlı bir çox sirli və hələ də üstü açılmamış hadisələr baş verib. Bu hadisələrdən biri belə baş verib : 1930-cu ildə Texas ştatının Korpus Kristi şəhərindən kiçik bir təyyarə havaya qalxdı. Yerdən pilotun yaxınları bu uçuşu maraqla izləyirdilər. Hava, demək olar tərtəmiz idi, yalnız uzaqlarda zorla seçilən kiçik bir bulud topası görünürdü. Təyyarə uçuş xətti üstündə olan bu kiçik bulud topasına girdiyi anda dəhşətli bir partlayış baş verdi. Təyyarənin qalıqları partlayış yerindən 5 kilometr uzaqlara səpələndi. Amma pilotun bədən qalıqları yoxa çıxmışdı. Sanki təyyarədə pilot olmamışdı. Hadisə şahidlərindən biri F.Dirks baş verənləri sonralar belə xatırlayırdı: "Hər şey gözlənilmədən baş verdi. Təyyarə adi kiçik bulud topasına daxil oldu və həmin an da güclü partlayışın şahidi olduq. Bir müddət nə baş verdiyini anlaya bilmədik. Özümüzə gələndə hadisə yerinə qaçdıq. Təyyarənin qalıqlarını topladıq, ancaq pilotun nə özü, nə də qalıqları var idi. Halbuki onun bədəninin kiçik bir parçası da olsa tapılmalı idi", bu sirli hadisələrin ardı: Zaman.az saytında

Buludlarla bağlı bir çox hekayələr və rəvayətlər mövcuddur və hələ də yaradılmağa davam edir.

Onlardan bəziləri: 1- Balaca bulud, 2- dağla bulud, və s.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 530
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri