Qarla bağlı 15 maraqlı fakt

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 1 908
Səs ver:
(səs: 0)
1. Qar ağ deyil
"Qar kimi ağappaq" kimi bir kəlmədən tez-tez istifadə etsək də əslində qar ağ deyil, şəffafdır. Lakin qarın səthi işığı fərqli istıqamətlərə əks etdirərək rəng spektrumunu dağıdır və ağ görünməsinə səbəb olur. Bəzən qar fərqli rəng çalarlarında da görünür. Toz, çirklənmə və şirin su yosunu qara narıncı, qara və mavi rəng qata bilər. Məhşur yunan filosofu Aristotelin 2300 il əvvəl bəhs etdiyi çəhrayı və ya "qarpız qarı", rəngini yerköküyə rəng verən maddəyə bənzər bir kimyəvi tərkibli yosunlardan alır.

2. Qar dənələrinin hər biri fərqlidir
Qar dənəsinin şəklini müəyyən edən şey ətrafını əhatə edən mühitin istiliyidir. İti və uzun buz kristalları -2 dərəcədə yaranarkən, istiliyin -5 dərəcəyə düşməsi düz, qab şəklində kristalların yaranmasına səbəb olur. Qar dənəsi düşərkən, fərqli istiliyə məruz qaldığında qar kristallarının altı qolu fərqli forma alır.

Fotonun müəllifiGETTY IMAGES
3. Mərkəzdəki maddə
Qar kristalları havadakı toz və ya tozcuqlar kimi qatı bir maddənin ətrafında yaranır. Yəni mərkəzində bu cür hissəciklər var.

Bu vəziyyətdə olan qar, sulu qar dediyimiz donmuş yağış damcılarından və bunların düşərkən su toplaması ilə yaranan doludan tamamilə fərqlidir. Kristalın özəyi olan bu maddəni güclü bir mikroskopla görmək olar.

4. Qar dənələri getdikcə böyüyür
Dünyanın fərqli ərazilərində diametri 15-30 sm olan nəhəng qar dənələriylə bağlı şayiələr uzun illərdir ki, davam edir. Kifayət qədər məlumat olmadığı üçün bu şayiələr təsdiqlənməsə də, alimlər qar dənələrinin bu diametrə çatmasının mümkün olduğunu söyləyirlər. Lakin hava proqnozlarında qar dənəsinin böyüklüyü ölçülmədiyindən qar dənələri kimsənin diqqətini çəkmədən ətrafımızda və ya gözdən uzaq bir yerdə o böyüklükdə dayanır və ya düşərkən küləkdə parçalanır.

Fotonun müəllifiGETTY IMAGES
5. Qar səsə təsir göstərir
Təzə yağmış qar səs dalğalarını udduğu üçün qarlı mühitdə hər yer insana daha sakit görünür. Lakin qar əriməyə başlayıb, sonra da donaraq buza çevrildikdə səs dalğalarını əks etdirir və daha dəqiq bir halda çatmasını təmin edir.

6. Qar haqqında yüzlərlə kəlmə
Eskimosların qar haqqında 50-yə yaxın fərqli kəlmə istifadə etdiyinə dair iddiallar əvvəlcə təkzib edilib, daha sonra isə təsdiqlənib. Lakin bu rəqəm şotland kəlmələrinin yanında çox azdır. Glasgow Universitetinindən olan tədqiqatçılar şotland dilində qarla bağlı 412 terminin olduğunu iddia ediblər.

Fotonun müəllifiGETTY IMAGES
7. Qar fırtınası nə vaxt sürətli olur?
Hər qar fırtınası sürətli deyildir. Hər hansı qar fırtınasını sürətli adlandırmaq üçün onun məsafəsinin 200 metrdən aşağı olması və küləyin sürətinin saatda 48 kilomterə çatmalıdır.

8. Marsa yağan qar
NASA modelləşməsində yayda Marsın şimalında qəfil və şiddətli qar fırtınaları müşahidə edilir. Marsda buludların və yeraltı buzların olduğu məlumdur. Buna görə də qar ehtimalı daha məqbuldur. Bundan başqa alimlər planetin cənub qütbündə karbon qazından ibarət qar buludlarını aşkar ediblər.

9. Meymunlar qarı sevirlər
Qar yağanda qartopu oynamaqdan zövq alan sadəcə biz deyilik. "Qar meymunu" kimi də tanınan yapon makakaları qartopu düzəldərkən və onları bir-birinə atarkən müşahidə edilib. Körpə makakaların bir-birindən qartopunu almağa çalışdıqları və onları geri almaq üçün mübarizə apardıqları bildirilir.

Fotonun müəllifiGETTY IMAGES
10. Həddən artıq qar xeyirli deyil
Uzun müddət soyuq və qarlı bir mühitdə qalmaq "Arktika histeriyası" (Histeriya - müxtəlif psixiki amillərlə əlaqədar olaraq meydana çıxan və çox vaxt hərəki, hissi pozulmalar şəklində təzahür edən nevrozdur.) adı verilən Şimal Qütb dairəsində yaşayan eskimoslara təsir göstərən narahatlığa səbəb olur. Xəstələr mənasız şeylər danışaraq təkrarlayır, məntiqsiz və təhlükəli olan davranışlar edirlər. Sonra da bu hadisələri unudurlar. Narahatlığın A vitamini zəhərlənməsindən qaynaqlandığı ehtimal olunurr. Lakin bu günə qədər bu cür diaqnoz qoyulan xəstələrin sayı sadəcə 8 nəfər olduğu üçün, tədqiqatçılar xəstəliyin həqiqətən olub-olmadığına cavab axtarırlar.

11. Qardan qorxanlar
Sinofobiya və qar qorxusu mövcudluğu dəqiq olan psixoloji bir narahatlıqdır. Uşaqlıqda qarla bağlı bir travma keçirmək, qar olmadığı vaxtda və ya tək-tük qar yağmağa başlayan zaman belə qarda basdırılmış vəziyyətdə qalmaq qorxusu kimi qeyri-rasional variantları da ola bilər.

Fotonun müəllifiGETTY IMAGES
12. Uçqun necə baş verir?
Uçquna təkan verən bir çox amil var, lakin hesab edildiyi kimi gurultu onlardan biri deyil. Ağırlıq daha mühüm amildir. Qəfil və güclü qar yağması, küləyn sürətinin artması, hətta bir xizək sürənin attdığı addım belə qəfil və ölümlə nəticələnəcək uçquna səbəb ola bilər. Amma qışqıraraq mahnı oxumaq uçquna səbəb ola bilməz.

13. Qar insanı isidir
Qar 90-95 faiz hava təşkil etdiyindən çox yaxşı izolyatordur. Bəzi heyvanların qış yuxusuna gedən zaman qar altında oyuq açması bununla bağlıdır. Buna görə də eskimoslar evlərini sıxışdırılmış qardan düzəldirlər. Bədən tempraturu ilə qızdırılan bu evlərin içindəki istilik çöldən yüz dərəcə daha isti ola bilər.

Fotonun müəllifiGETTY IMAGES
14. Qar nə vaxt yağır?
Qarın yaranması üçün hava tempraturunun 0 dərəcədəki donma nöqtəsinə yaxın olmalıdır. Amma uzun müddət yağış yağarsa ətrafdakı hava sərinləyərək qar kristallarının yaranmasını təmin edər. Yəni hava tempraturunun yerdə 6 dərəcəyə qədər yüksək olduğu vəziyyətdə belə qar yağa bilər.

15. Sürətli qar dənələri
Qar dənələri saatda 1 km ilə 14 km arasında bir sürətdə ola bilər. Bu havadakı mühit şərtlərindən asılıdır. Qar dənələri düşərkən su toplayır və küləyin istiqamətində düşmək sürətini artırır. Qar dənəsinin yarandığı buluddan yağıb yerə çatması təqribən bir saat çəkir.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 908
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri