İnsanlara xas 16 növ xüsusiyyət və mənaları

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 1 455
Səs ver:
(səs: 0)
İnsanlara xas bəzi xüsusiyyətləri təsvir etmək üçün istifadə olunan sözləri sizə təqdimedirik.

1. İntrovert
İntrovertlər utancaq və azdanışan olurlar. Sosial fəaliyyətlərdən mümkün qədər yayınmağa çalışır və təkbaşına vaxt keçirməyə üstünlük verirlər. İntrovert insanlar xaricə baxmaqdansa,öz düşüncələri və hisslərinə köklənməyə daha meyllidirlər.

2. Ekstrovert
Ekstrovertsinizə, demək ki sosial mənada daha əyləncəli və özündənrazısınız. Şənliyin gözü; işdəki təqdimatı öz boynuna götürən; şam yeməyində ən çox danışan və karaoke gecəsində mikrofonuəlinə ilk alan adətən siz olursunuz

3. Narssist

Əgər güzgünü əlinizdən yerə qoya bilmirsiniz və xarici görünüşünüzə aşiqsinizsə, o zaman sizi narssist adlandırmaq olar.
Sözün köküyunan mifologiyasına dayanır:sudakı əksinə vurulan Narcissus adlı gəncin adı ilə bağlıdır.

4. Altruist
Özünüzü ikinci plana salıb, başqalarına kömək etməkdən həzz alırsınız? Demək ki altruistsiniz. Altruist eqoistin tam əksidir. Başqalarının rahatlığı üçün özündən keçmək kimi bir məna daşıyır.

5. Mizantropik
Başqa insanlardan xoşunuz gəlmirsə misantropiksiniz. Bumünasibəti sərgiləməkdən dəçəkinmirsiniz. Charles Dickens-in yaratdığı Scrooge obrazı əsl misantropikdir.

6. Sadistik
Sadist insan başqalarının narahatlığı, əziyyətləri və alçaldılmasından həzz alır. Qəddar qatilləri sadist adlandırmaq olar.

7. Mazoxistik
Mazoxistlər öz ağrı və əziyyətlərindən ləzzət alırlar. Ultra marafonlarda qaçan dostunu mazoxist kimi təqdim edə bilərsən!

8. Mizoginistik
"Me too" hərəkatı bu sözü unutdurub. Əgər mizoginistsinizsə, sadəcə olaraq qadınları bəyənmir, onlara nifrət edir və qərəzli münasibət bəsləyirsiniz.

9. Fleqmatik

Fleqmatik şəxslər həssas olmurlar və asanlıqla həyəcanlanmırlar. Təhlükəli və qorxulu vəziyyətlərdə onlarsakit qalmağı bacarırlar. Bu söz, qədim yunan həkimi Hippokratın Dörd Əhval nəzəriyyəsindən yaranıb. O, insanın əhvalının bədəndəki dörd fərqli mayenin balansından asılı olduğuna vəhəmin mayelərin hər birinin müxtəlif temperamentlə bağlılığına inanırdı.
Fleqma (bəlğəm) nə qədər çox olarsa,insan bir o qədər sakit və təmkinli olar!

10. Melanxolik
Bu da Hippokratın dörd temperamentindən biridir və"qara səfra" tərəfindən idarə olunur. Müasir elm bunu qəbul etməsə də, sifətin mənası eyni qalmaqdadır. Melanxolik insan həm özünü kədərli hiss edir, həm də bu cür davranır.11. JokosJokos isə yaxşı əhvalda olan birini ifadə etmək üçün istifadə edilən sifətdir. Əgər jokossunuszsa şən, zarafatcılvə gülməyi sevən birisiniz.

12. Obstreperus
Obstreperus insanlar normal davranışdan imtina edir və bunu ucadan bəyan edirlər. Onlar səs-küylü və çətin idarə olunan xarakterə malikdirlər. Sözə qulaq asmayan uşaqları müəllimlər obstreperus kimi təsvir edə bilərlər

13. Perspişos
Baş verənləri sezmək, anlamaq və doğru mühakimə etməkdə cəldsinizmi? O zaman siz perspişos xarakterə sahibsiniz. İnsanların və vəziyyətlərin əsl üzünü müəyyənləşdirməkdə son dərəcə mahirsiniz.

14. İndefatigable
Bu söz, nəyəsə nail olmaq üçün məqsədyönlü və enerjili insanları təsvir edir. Belələri məğlubiyyəti də qəbul etməyəmeylli olmurlar. Onlar gördükləri işdən heç vaxt bezmirlər.

15. Nevrotik
Bu kəlməni isə adi şeylər üçün belə qorxu və narahatlıq keçirən insanlar üçün istifadə edirlər.

16. Çılğın
Əgər asanlıqla əsəbiləşən və adicə bir səsdən sinirlənən təbiətə maliksinizsə, özünüzü çılğın adlandıra bilərsiniz. Bu sizin kəmhövsələ, həssas və kövrək biri olduğunuz mənasına gəlir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 455
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri