Yaşıllıqlar insanın ömrünü uzadır

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 153
Səs ver:
(səs: 0)
ABŞ-dakı Dyuk Universitetinin və Çindəki Hersoq Kunşan Universitetinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, yaşıllıqlar insanın ömrünü uzada bilər.

Qadınla.com bildirir ki, 14 il ərzində aparılmış müşahidələr yaşı 80 və daha çox olan 23.754 nəfər aid məlumatları əhatə edir. Tədqiqat iştirakçılarının 79,5 faizi kənd yerlərinin sakinləri olub.

Məlum olub ki, evdən 250 metr radiusda yaşıllıqların yüksək dərəcədə cəmləşdiyi regionlarda yaşayan ahıl adamlar arasında ölüm göstəricisi yaşıllıqların ən az olduğu zonalarda yaşayanlarla müqayisədə 27 faiz aşağıdır.

Barselonada 253 məktəblinin iştirakı ilə aparılmış tədqiqat göstərib ki, yaşıllıqlar uşağın beyninin inkişafına kömək edir. Yaşıllıqlar sayəsində uşaqların diqqəti və işçi yaddaşı da yaxşılaşır.

İbtidai məktəb şagirdlərinin maqnit-rezonans tomoqrafiyası, habelə onların diqqətinin və işçi yaddaşının kompüter vasitəsilə testləşdirilməsi nəticəsində müəyyən edilib ki, yaşıllıqların əhatəsində yerləşən evlərdə yaşayan uşaqların beynində ağ və boz maddənin daha çox olması sayəsində bu uşaqların işçi yaddaşı yaxşılaşır, diqqətsizlik səviyyəsi azalır.

Mütəxəssislərin sözlərinə görə, yaşıllıqlar insanın psixikasına da müsbət təsir göstərir. Yaşıllıqların bol olduğu rayonlarda havanın çirklənmə səviyyəsinin və səs-küyün başqa yerlərlə müqayisədə aşağı olması uşaqların beyninə müsbət təsir göstərir, kreativliyin və tədqiqat fəaliyyətinin inkişafına stimul yaradır.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 153
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BakılıQız
Yasilligi mende cox sevirem. Yasilliq cox olan yerde xestelik de az olar
15 iyun 2019 14:16
3
Offline
diablo
eynən raziyam dağlıq ərazidə yaşayanlar digər bölgələrdə yaşayanlar çox yaşayirlar bu da təmiz havadan irəli gəlir.Yaşıllıqlar insani cavan saxlayir təşəkkürləe
13 iyun 2019 10:37
2
Perfect
Offline
BARBI
Yasilliq insana mubet menada tesir gosterir.Yasilliqda yasamaq insanin omrunu uzadir
12 iyun 2019 22:15
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri