Prezidentlər və krallar arasında telefon danışıqları necə baş tutur?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 488
Səs ver:
(səs: 0)
Buna görə də telefonun digər başında kimin olduğunu dəqiqləşdirmək vacib deyil. Ancaq abonentin səsi vasitəsilə tanınma sistemi mövcuddur və bundan istifadə edilir.

Telefon xuliqanları

Xüsusi mühafizə sisteminə və səstanıma funksiyasına baxmayaraq, bu sahədə də xuliqanlıq edənlər tapılıb.

MBA dərəcəsinə yiyələnməklə hər zaman öndə olun. Ən nüfuzlu MBA tədbiri Bakıda
2005-ci ildə İspaniyanın radiostansiyalarından birindən Boliviyada keçirilən seçkilərdə qalib gəlmiş Evo Moralesə zəng edilib. Pranker özünü İspaniya baş naziri Xose Luis Rodriqes kimi təqdim edib və ona təbriklərini çatdırıb.

2008-ci ildə kanadalı şoumen ABŞ-da Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Sara Peylinə zəng edib və özünü Fransa prezidenti Nikola Sarkozi kimi təqdim edib. Onlar Respublikaçıların seçkiqabağı proqramını və Sarkozinin arvadı Karla Brunini müzakirə ediblər.

Rusiyalı prankerlər Vovan (Vladimir Kuznetsov) və Leksus (Aleksey Stolyarov) Putinin adından Elton Con, Rəcəb Tayyib Ərdoğan, Pyotr Poroşenko, Aleksandr Lukaşenko ilə telefon əlaqəsi saxlayıb.

Ən maraqlı hadisə isə 2008-ci ildə Britaniya kraliçası II Yelizavetanın başına gəlib. Kraliçanın nəvələri Uilyam və Harri nənələrinin avtocavablayıcısına səs yazısı yerləşdiriblər:

“Salam, bu, Lizdir, mən indi evdə deyiləm. Filipp (kraliçanın həyat yoldaşı) ilə əlaqə yaratmaq üçün “bir”, Çarlz (kraliçanın böyük oğlu) ilə əlaqə üçün “iki”, Korqi (kraliçanın sevimli iti) ilə əlaqə saxlamaq üçün “üç” düyməsini basın”.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 488
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri