Bankların satınalma gücü nədir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 492
Səs ver:
(səs: 0)
Məlum olduğu kimi hazırkı şəraitdə bankların yerinə yetirdikləri işlərin cəmiyyətin və insanların həyatındakı olduqca böyük rolu vardır. Əsas məqsədləri mənfəət əldə etmək olsa da, bununla bərabər insanlar və təsərrüfat subyektləri, eyni zamanda dövlət strukturları üçün vacib xidmətlər həyata keçirir, gedən iqtisadi proseslərdə yaxından iştirak edirlər. Bir bankın ən mühüm xüsusiyyətlərindən biri də onun satınalma gücünə, yəni alıcılıq qabiliyyətinə malik olmasıdır.

İlk öncə satınalma gücü pariteti haqqında məlumat vermək yerinə düşər.

Satınalma gücü pariteti (Purchaising Power Parity) – fərqli ölkələrin pul vahidlərinin eyni malların qiymət fərqlərini ortadan qaldıraraq alıcılıq qabiliyyətinin qarşılaşdırılıaraq ölçülməsinə deyilir. Aşağıdakı düsturla hesablanır:

PPP= P1/P2 (burada P1-birinci ölkədəki eyni mal səbətinin qiyməti, P2 isə ikinci)

Misal üçün, Amerikada 1 kq almanın qiyməti 2$, Azərbaycanda isə 1.3 AZN olduğu halda belə hesablanır: 2 $ / 1.3 AZN= 1.53. Bu isə o deməkdir ki, 1 Azərbaycan manatının alım gücü nəzəri olaraq Amerikada 1.53 dollara bərabər olmaqdadır. Halbuki, illik gəliri 20.000 dollar olan bir amerikalı (20.000/2) 10.000 kq alma ala bildiyi halda, bir azərbaycanlının həmin miqdarı alması üçün illik gəliri (10.000×1.3) 13.000 manat olmalıdır. Əgər amerikalı Azərbaycana gəlsə və pulunu manata çevirsə (20.000$ x 1.7=34.000AZN), həmin pulla 26.153 kq alma ala bilər, bir azərbaycanlı isə Amerikaya gedib pulunu dollara çevirsə (13.000AZN / 1.70 = 7647$) bu məbləğlə 3 823 kq alma ala bilər.

İndi isə qısaca olaraq bankın satınalma gücünü izah edək. Əgər söhbət bir şeyin alınmasından gedirsə, deməli burada bank fərqli bir keyfiyyət və gücə malik olmalıdır. Hamıya məlumdur ki, əksər fəaliyyətimizin internet üzərindən təşkil olunduğu bir vaxtda banklar bizə olduqca yaxından köməklik göstərir. Misal üçün, hansısa bir kitabı və ya elektronik əşyanı xaricdən almağımız üçün ora getməyimizə və xarici valyutaya malik olmağımıza ehtiyac yoxdur. Bunun üçün müəyyən olunmuş qaydalar çərçivəsində onlayn olaraq sifariş verməyimiz lazımdır. Əvəzində isə hansısa bir bankda açılmış bank hesabına və həmin hesabda yetərincə vəsaitə sahib olmaq kifayətdir. Bundan sonra almaq istədiyimiz istənilən bir məhsulu internet üzərindən sifariş veririk. Banklar isə qlobal ortamda alıcı və satıcıları bir-biri ilə qarşılaşdıraraq onların istəklərinin reallaşmasana nail olurlar. Yəni hansısa bir məhsulu almaq üçün bizə günlərlə aylarla vaxt sərf olunurdusa, artıq bank vasitəsilə bu bir neçə dəqiqəyə başa gəlir. Yəni bank başqalarının sahib olmadığı gücü ortaya qoydu. Bu kimi onlarla fakt göstərmək olar ki, uzaq məsafələrdə istirahət yerləri, aviabiletlər və tur paketlər sifariş etmək və digər xidmətlər almaqda bankların rolu əvəzedilməzdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri