Misir mumyalarının lənəti: inanılmaz faktlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 457
Səs ver:
(səs: 1)
Misirdə fironların məzarlarının açılması, həmişə dünya ictimaiyyətinin diqqətini cəlb edib.

Ancaq bunun səbəbi yalnız arxeoloji tapıntılar deyil, həm də onları qoruyan mistik bir gücün varlığı haqqında şayiələrin olmasıdır. Tutanxamonun qəbrinin açılmasından sonra baş verən ölümlər bir çoxlarına məlumdur. Tarixdə, “Misir mumyalarının lənəti” haqqında başqa hadisələr də var.

“Lənətin”əlamətlərindən biri misirşünas Hovard Karterin evində, qəfəsdə yaşayan quşun ölümüdür. Onu, qədim misirlilərin fironun düşmənlərinə zərbə vuran bir heyvan hesab etdikləri kobra yemişdi. Hələ onda bu hadisənin, ekpedisiyanın iştrakçıları üçün pis bir əlamət olduğu düşünülürdü. İnsident, qəbrin açılmasından sonra baş vermişdi.

1922-ci ildə Hökmdar Vadisində, tarixi kəşfə çıxan ekspedisiyanı, faciəli bir sonluq gözləyirdi. Bir neçə il ərzində, ya şəxsən məzarı ziyarət edən, ya da mumiyanı araşdıran 22 nəfər müxtəlif səbəblərdən bir-birinin ardınca öldü.

Tutanxamonun lənəti haqqında söz-söhbət bütün Avropaya yayıldı. Bəzi jurnalistlərin yüksək səsli açıqlamaları da bir çox halda bunu dəstəkləyirdi.

Misir mumyalarının lənəti: inanılmaz faktlar

Bundan sonra Qahirədə daha bir qəribə hadisə baş verdi. Misir muzeyinin divarındakı firon II Ramzesin mumyası “canlandı”. Bu hadisə, muzeyin işçilərinin gözləri önündə baş verdi. Şahidlərin sözlərinə görə, cəsəddən inilti səsi gəldi, daha sonar qolları düzləşdi və bintlər yerə düşdü. Məkanda panika başladı və bu mətbuata da sıçradı.

Alimlər iddia edir ki, buna səbəb yalnız havadakı nəmişlikdir.

Hesab edilir ki, qədim Misirdə, bu lənətlər yerli əhalinin fronların qəbrindəki daş-qaşları talan etməsi ilə başladı. Bu praktika bizim eramızda da davam etdi. Beləliklə hökmdarlar vadisinə yaxın bir kənd, sırf bu talan olunan qəniməətlərlə dolanırdı. 20-ci əsirin əvvəllərinə qədər, burada bir neçə nəsl kəndlilər öz həyatlarını bu qədim əşyaların qarəti ilə qazanırdı.

Alimlər sübut etdi ki, bu ölümlərin səbəbi qistoplazmozdur, hansı ki, təhlükəli göbələklərin yaranmasına səbəb olur. O, insanın ciyərlərinə düşür, pnivmaniyaya bənzəyən bir çox simptomlar yaradır.

Lənət nəzəriyyəsinin dəstəkçiləri, Misir xaricində yaşanan hadisələri də buna aid edirlər. Belə ki, bənzər əfsanələr Tamerlan, Böyük Kazimir və Esi mumyasının qəbri üçün də keçərlidir. Bu qəbirlərin hər birinin yaşayan insanlar üzərində qəribə bir təsiri var.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 457
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri