Norveç haqqında maraqlı faktlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 116
Səs ver:
(səs: 1)
Dünyanın əsrarəngiz ölkələrindən biri, hətta bəzi şəxslərə görə birincisi Norveçdir. Təbiəti, şəraiti və bir çox keyfiyyətləri ilə diqqət mərkəzində olan ölkədir. İndi isə keçək Norveç haqqında maraqlı faktlara.

Norveçin rəsmi adı “Kongeriket Norge” adlanır, yəni Norveç Krallığı.

Norveç sözü Nordweg sözündən yaranmışdır, mənası “şimali yol” deməkdir.

Ölkənin rəsmi simvolu şirdir.

Pendir dilimləyici ləvazimat ilk dəfə 1925-ci ildə Norveçdə kəşf olunmuşdur.

Norveç ərazisində yeganə aktiv vulkan Beerenberg‘dir. Vulkan Jan Mayen adasından 2.227 metrdə yerləşir.

Laerdal Tuneli dünyanın ən uzun yol telidir, uzunluğu 24.5 km’dir.

Norveçdə alkaqollu içkiləri ancaq Vinmonopolet adlı mağazalardan ala bilərsiniz. Hər şəhərdə 2 yerdə yerləşir, kəndlərdə isə heç yoxdur.

Hal-hazırda istifadə olunan dəmir qablı aerozol spreyini ilk dəfə norveçli Erik Rotheim ixtira etmişdir. 8 oktyabr 1926-cı il tarixində patenti alınmışdır.

Londonun Trafalqar Meydanında qurulan “yeni il” ağacı 1946-cı ildən etibarən Norveçdən gətirilir.

Norveçdə televizor sahibi olmaq fikrinizdən keçirsə, 480.66 dollar məbləğində lisenziya haqqı ödəməli olacaqsınız.

Dünyada ən çox qızılbalıq ixrac edən ölkə Norveçdir.

Grandiosa dondurulmuş pizza Norveçin qeyri-rəsmi milli yeməyi hesab olunur.

1994-cü ildən etibarən Norveç Avropa Birliyinin rəsmi üzvü deyil.

Norveç dünyada ən çox neft ixrac edən ölkələrdən olsa da, dünyada ən bahalı benzin satışı Norveçdədir, 9.79 dollar.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 116
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri