Xallar haradan əmələ gəlir və nədən xəbər verir?

Şərhlər: 4
Baxılıb: 4 432
Səs ver:
(səs: 0)
Xal, çil, zigilcə... Yəgin ki, hər birimiz həyatımızda ən azı bir dəfə belə ləkələrlə rastlaşmışıq. Lakin, bunlar haradan əmələ gəlir? və bunlara görə narahat olmağa dəyərmi? – çox adam bilmir. 

Xal

Bu balaca qəhvəyi nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində əmələ gəlir. Bu kiçik ləkələr bədənin istənilən yerində, istənilən yaş həddində meydana gələ bilər və onların bəziləri vaxt keçdikcə yoxa çıxır. Baxmayaraq ki, bizi çox zaman qorxudurlar ki, xallar asanlıqla xərçəng şişinə çevrilə bilər, onların əksəriyyəti qorxusuzdur.

Adi balaca xallardan fərqli olaraq, bəzi xüsusi növ xallar var ki, onlar dəridə menoçitopların yerləşməsinə bir-birindən fərqlənir. 

Sərhəd xalları. Böyük olmayan, tünd rəngli və azacıq qabarıq olan xallardır. Bədənin bütün hissələrində əmələ gələ bilər.

Ağır nevo-hüceyrə xalları. Tünd narıncı-qəhvəyi, kifayət qədər dərinin üzərində qabarıq şəkil almış xallardır. Xaldan bəzən tüklər də yetişə bilər. Belə xallar əsasən yeniyetmə yaşlarında meydana gəlir və 60 yaşına kimi yoxa çıxır. Əgər xalın yeri ağrayır və qaşınırsa, bu zaman mütləq dermatoloqa müraciət etmək lazımdır – ola bilsin ki, təhlükəli pozulma əmələ gəlib.

İntradermal xallar. Bu növə əsasən yaşlı insanlarda meydana gələn bütün xallar aid edilir. 

Qalo xallar. Dərinin solğun bir hissəsi ilə əhatə olunmuş xallar belə adlanır. Xalın ətrafında belə bir solğun hissənin yaranması bir qayda olaraq zərərsiz dəyişkənlikdir və pis heç bir şeydən xəbər vermir.

Monqol xallar. Körpələrin dərisində əmələ gəlmiş böyük göy hissələr də xalın bir növüdür. Bunlara çox az hallarda rast gəlinir və təqribən 5 yaşına qədər həmin xallar bədəndən yox olur.

Ləkə 

Çil. Günəş şüalarının güclü təsiri nəticəsində əmələ gəlir. Belə ki, bu zaman melanoçitoplar xeyli miqdarda piqment hasil etməyə başlayır. Çillərin əmələ gəlməsinə görə narahat olmağa dəyməz. Bunlardan qorunmaq üçün xüsusi günəşdən müdafiə kremlərindən istifadə etmək kifayət edər.

Lentiqo. Qəhvəyi rəngli hamar ləkələr. Günəş şüalarının təsiri altında əmələ gəlir. Bir qayda olaraq yaşlı insanlarda əmələ gəlir. Əgər lentiqo üz dərisində əmələ gəlir və diametri 2 santimetrdən yuxarı olursa, bu zaman onun təhlükəli olma ehtimalı çoxdur. 

Təhlükəli melanoma 

Bu ən çox yayılmış dəri xərçəngi xəstəliyidir. Bu xəstəlik doğurdan da öncə sağlam olmuş xaldan əmələ gələ bilər. Belə ki, bu cür hallar ümumi xərçəng xəstələrinin 50%-ində müşahidə edilir. Digər halların səbəbi isə hələlik məlum deyil. Alimlər yalnız ehtimal edirlər ki, buna səbəb dərinin DNT hüceyrələrinin ultra-bənövşəyi şüalanma ilə zədələnməsi ola bilər. 

Melanomanı necə tanımaq olar? 

Xallar öz rəngini və ya formasını dəyişdiyi andan dərhal ehtiyatlı davranmağa başlamaq lazımdır. Əgər onun ətrafı əyri hal almağa başlayıbsa və ölçüsü böyüyübsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz. Qaşınma və ya qanaxma da ağır nəticələr verə bilər. Zərərli melanomanı rahatlıqla cərrahiyə üsulu ilə aradan götürmək olar. Lakin, əgər artıq bu xərçəngə çevrilsə və ya yayılma verməyə başlasa, bunun qarşısını almaq artıq çətin olar. 
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri