Gənc yazar Xavər Şəfiyevanın kiçik müsahibəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 705
Bölmə: Maraqlı / Şeirlər
Səs ver:
(səs: 0)
Gənc yazar Xavər Şəfiyevanın kiçik müsahibəsi və şeirlərini Qadılnla.Com olaraq təqdim edirik:

- Xavər Şəfiyeva özünü oxuculara necə təqdim edər?

- Mən Xavər. Söz xəzinəsi ilə dolu ruhumdakı sətirləri nəzmlə oxuculara çatdırmağa çalışan gənc yazar.

- Nələrdən ilhamlanırsınız?

- Kitablardan, kitablardakı dəyərli sətirlərdən, ən çox da məndən qat-qat güclü olan şairlərin şeirlərindən ilhamlanıram.

- İlk qələm təcrübənizi haçan yazmısınız və həmin vaxtdan bu yana qələminizdə hansı dəyişikliklər baş verib?

- İlk şeirimi məktəb vaxtı özüm üçün yazmışdım. Ədəbiyyatı sevirdim və heç vaxt ağlıma gəlməz idi ki, mən poeziya ilə bu qədər çox maraqlanacam, uğurlar əldə etməyə çalışacam. İlk vaxtlar yazdıqlarım, təbii ki, zəif idi. Əlbəttə ki, daha çox mütaliə etdikcə, daha çox araşdırıb öyrəndikcə insanın fikirləri zənginləşir, söz ehtiyatı artır və belə müsbət hal yazdıqlarına da çox böyük təsir edir, bir sözlə, təcrübə genişlənir. Gün günü ötdükcə şeirlərim də şeirlərimi ötür.

- İlham pəriləriniz daha çox günün hansı vaxtında qonaq gəlir?

- Çox sevdim bu sualı, Aynur xanım. Bir dəfə sosial şəbəkədə gənc yazarlardan biri belə bir paylaşım etmişdi ki, "Maşınla yol gedirdim, hətta maşını sürətlə sürürdüm. Birdən ilham pərilərim gəldi. Maşını bir qırağa çəkib, o anda yazdım şeirimi". Mənə qəribə gəlmişdi, demişdim, yəqin, çox istedadlıdır. Çünki elə zamanlarda heç vaxt təbim gəlməyib. Lap təbim gəlsə belə fikir dağınıqlığı olur. Gecələr yazıram, adətən. Həm sakitlik olur, həm də boş vaxtım yalnız gecələr olur. Belə. (gülür)

- Daha çox hansı ədibləri oxuyursunuz və şair deyiləndə ağlınıza ilk gələn şair kimdir?

- Ədəbiyyatımızda öz sözünü demiş şairlər kifayət qədər çoxdur. Məhəmmədhüseyn Şəhriyar, Ramiz Rövşən, Vahid Əziz sevə-sevə oxuduğum şairlərdir. Konkret bir ad çəkməli olsam Nüsrət Kəsəmənli deyərəm. Çünki şeirləri çox gözəldir.

- Son olaraq oxuculara sözünüz?

- Əziz oxucular, istəyir dostunuz olsun, istəyir qohumunuz, lap belə bacı-qardaşınız olsa da zəif şeiri bəh-bəhlə oxuyub yalandan tərifləməyin. Gördüyünüz qüsurları deyəmə çalışın. Yazarı şair edən oxuculardır. Siz var olun ki, biz də var olaq. (gülür)

Gəl çarəm.
Gəl duz basma sen yarama
Baxçamda al güllər solub
Bəsdi sənallah ağlama
Nə olubsa mənə olub

Bəxti yavər gəzən idim
Gəl gör indi məni tani
Bir zamanlar sənin idim
O sənli günlərim hanı?

Toxun bir az əllərimə
Əlin gəzdir yanağımda
Bir öpüş qoy tellərimə
Barı gülsün dodağım da

Qoyma belə yarı yolda
Yetim qala xəyallarım
Dərd vermisən özün boyda
Bəs çarəni kimdən alım

Nə tez məni yola verdim
Səni sevirəm deyə-deyə
Mən ömrümü vada verdim
Bəxtim uçdu quştək göyə

Xəyallarım qaçır sənə
Ürəyimə qoymur məhəl
Bir az ümüd qalıb hələ
Qurban olum!Gəl çarəm gəl

Gəl çarəm.
Gəl duz basma sen yarama
Baxçamda al güllər solub
Bəsdi sənallah ağlama
Nə olubsa mənə olub

Bəxti yavər gəzən idim
Gəl gör indi məni tani
Bir zamanlar sənin idim
O sənli günlərim hanı?

Toxun bir az əllərimə
Əlin gəzdir yanağımda
Bir öpüş qoy tellərimə
Barı gülsün dodağım da

Qoyma belə yarı yolda
Yetim qala xəyallarım
Dərd vermisən özün boyda
Bəs çarəni kimdən alım

Nə tez məni yola verdim
Səni sevirəm deyə-deyə
Mən ömrümü vada verdim
Bəxtim uçdu quştək göyə

Xəyallarım qaçır sənə
Ürəyimə qoymur məhəl
Bir az ümüd qalıb hələ
Qurban olum!Gəl çarəm gəl

"Ana mənə layla çal"
Ana mənə layla çal
Unudum dərdlərimi
Başım dizinin üstə
Sığalla tellərimi

Ana mənə layla çal
Uyuyum qucağında
Harda dərd var ,kədər var
Hey mənim sorağımda

Qurban olum dilinə
Çal bir layla mənimçün
O qayğısız günləri
Xəyal edim özümçün

Daha doydum hər şeydən
Bir tək səndən doymadım
Titrək dolu səsindən,
Nəğməsindən doymadım

Dəyişib hər şey ana
Bürüb dünya yalana
Uşaqlığa qaçım mən
Çal bir layla balana
Çal bir layla balana

Hazırladı: Aynur Haqverdi
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 705
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri