Xüsusi xidmət orqanları necə yaranıb? - Tarixi faktlar - FOTO

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 624
Səs ver:
(səs: 0)
Sivilizasiyanın tarixi bir neçə min ildir.
Qadinla.com bildirir ki, bütün dövrlər ərzində dövlətlər xüsusi xidmət orqanlarına ehtiyac duyub. Müxtləif dövrlərdə xüsusi xidmət orqanları müxtəlif vəzifələri icra ediblər. Məsələn, bəzən düşmən düşərgəsindən məlumat gətirmək, düşmən cəbhəsinə dezinformasiya yaymaq da onların vəzifəsi idi. Onların fəaliyyəti dünya tarixində heç də az rol oynamayıb.

Orta əsrlər İngiltərəsi

İngiltərə taxtı uğrunda Lankaster və Yorklar arasında gedən döyüşlərdə hər iki tərəfə düşmən barədə məlumat lazım idi. Bu illər xüsusi xidmət orqanlarının inkişafına təkan verdi. Xüsusi xidmət orqanları bir neçə istiqamətdə işləyirdilər:

Casuslar dəstəsi: İngiltərə sərhədlərindən kənarda kəşfiyyat aparmaq.

İnformatorlar: Şəhərlilər və kəndlilər arasında işləyirdilər.

Kəşfiyyatçılar: Dövlətin əhəmiyyətli saydığı insanları izləyirdilər.

Mobil qruplar: Əsasən loğmanlar və rahiblərdən ibarət idilər. Əsas məqsədləri ictimai rəyə nəzarət etmək idi.

Bizans

Bizansda xüsusi xidmət orqanı inkişaf etmişdi. Ticarət karvanlarında hər zaman informatorlar olurdu. Onlar rəqib və ya düşmənin həyat tərzini müşahidə edərək imperator sarayına məlumat daşıyırdılar.

Yaxın Şərq

Yaxın Şərqdə əfsanəvi xaş-xaşilər kəşfiyyat qurumunun cücərtiləri idilər. Onlar dünyanın bir çox gizli cəmiyyətinin əsasını yaratdılar.

Yaponiya

Gündoğar ölkə dünyaya ninzaları bəxş edib. Ninzalar əlbəyaxa döyüş növlərindən başqa həm də əla casus idilər. Onlar tərəfindən əldə edilən informasiya çox dəyərli idi.

Çin

Çin hökmdarları bütün tarix boyu xüsusi xidmət orqanlarının xidmətindən istifadə ediblər. Onları iki qrupa-həyat və ölüm casusları qruplarına bölürdülər. Birinci casuslar düşmənin düşərgəsinə sızaraq vacib məlumatlar əldə edirdilər. İkincilər isə düşmənin arxasında dezinformasiya yayırdılar.

Xüsusi xidmət orqanları necə yaranıb? - Tarixi faktlar - FOTO




(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 624
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri