2018-ci ildə buraxılan, dünyanın ən gözəl kağız pullarının top-10-luğu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 250
Səs ver:
(səs: 0)
Beynəlxalq kağız pullar cəmiyyəti (IBNS) 2018-ci il üçün dünyanın ən gözəl kağız pullarının reytinqini açıqlayıb.

“İlin banknotu – 2018” mükafatının münsiflər heyəti dünya üzrə ümumilikdə 150 banknot arasından seçim edib.

Ilk onluqda rus banknotu da yer alıb.

2018-ci ilin ən gözəl kağız pullarına nəzər yetirək.

10 dollar, Kanada

2018-ci ildə buraxılan, dünyanın ən gözəl kağız pullarının top-10-luğu
Ən gözəl banknot Kanadanın 10 dollar kağız puludur.

Onun bir üzündə, irqi ayrı-seçkiliyə qarşı mübarizəsi ilə tanınan iş qadını Viola Desmond-un şəkli, digər tərəfində isə Vinnipeqdə yerləşən insan hüquqları Muzeyi əks olunub.

10 Kanada dolları 2018-ci ilin 19 noyabrında dövriyyəyə buraxılmışdır.

200 frank, İsveçrə

2018-ci ildə buraxılan, dünyanın ən gözəl kağız pullarının top-10-luğu

İkinci yerdə 200 İsveç frankı gəlir.

Kağız pulda material dünyanın əks olunduğu məkan ölçüsünü bildirən üç barmaqlı əl şəkli təsvir olunub.

500 kron, Norveç

2018-ci ildə buraxılan, dünyanın ən gözəl kağız pullarının top-10-luğu

Üçüncü yeri Norveç-in 500 kronu tutur. Kağızın üzərində Norveçin məşhur gəmi arxitektoru Colin Archer-in xilasedici gəmisi təsvir olunub.

2018-ci ilin 500 kron kağız pulunun rəngi sarı-qəhvəyi tonlardadır, 70 x 147 mm qabarit ölçüsü var, üzərində RS 14 “Stavanger” xilasedici gəmisinin şəkli, əks tərəfində bir karbohidrogen istehsal platformasının silueti təsvir olunub.

100 rubl, Rusiya

2018-ci ildə buraxılan, dünyanın ən gözəl kağız pullarının top-10-luğu

Rusiyada 2018-ci il futbol üzrə dünya çempionatına görə buraxılan 100 rubl kağız pulları Beynəlxalq kağız pullar cəmiyyətinin versiyasına əsasən ən yaxşı banknotlar beşliyindədir.

Bu xatirə kağızı 2018-ci ilin 22 mayında tiraja daxil olmuşdur. O, polimer əsasda hazırlanıb.

Üz hissəsində əlində futbol topu tutmuş oğlan və qapıçı şəkli təsvir olunub.

Əks tərəfində isə Rusiyanın konturunu əks etdirən qlobusu simvolizə edən futbol topu və futbol azarkeşlərinin silueti təsvir olunub.

40 dollar, Solomon adaları

2018-ci ildə buraxılan, dünyanın ən gözəl kağız pullarının top-10-luğu

2018-ci ilin ən gözəl banknotlarının beşliyinə Solomon adalarının 40 dolları da daxildir.

Üz hissəsində Solomon adalarının xəritəsi və molyuskaya zərbə endirən bir adam təsvir olunub.

Əks hissəsində isə bir qayıqda gülən uşaqlar digərində əlində kürək tutan adam şəkli təsvir olunub.

Orada həmçinin balıqlar və tısbağa ilə birgə üzən dalğıc da əks olunub.

500 peso, Meksika

2018-ci ildə buraxılan, dünyanın ən gözəl kağız pullarının top-10-luğu

2018-ci ilin 28 avqustunda Meksikada 500 peso nominal dəyərində yeni kağız pullar dövriyyəyə buraxıldı. Bu, yenilənmiş proqramlar çərçivəsində buraxılan ilk banknotdur.

Meksika Bankının nümayəndələri öz mətbuat şərhlərində qeyd ediblər ki, yeni pulların əlavə qoruyucu xüsusiyyətləri var, onlar daha funksional və davamlıdırlar. Dizaynı ölkənin irsi və milli tarixinə əsaslanıb.

Pulun ölçüsü 146 x 65 mm-dir. Üz hissəsinin dizaynında prezident Benito Juarezin ( 1806-1872) portreti ilə Reforma və Bərpa dövrünün təsviri yer alıb. Portretin sol tərəfində Juaresin 1867-ci ilin 15 iyulunda Meksikada hakimiyyətə gəlişinin triumfal mənzərəsi əks olunub.

Kağızın yuxarı sağ küncündə əks olunan nominalın rəngi yaşıl təsvir olunub. Kağızın üzərində həmçinin rəngini dəyişən xətt, su nişanı, dərin möhür, qabarıq xətlər və digər təhlükəsizlik göstəriciləri var.

50 uqiya, Mavritaniya

2018-ci ildə buraxılan, dünyanın ən gözəl kağız pullarının top-10-luğu

2018-ci ilin bir yanvarında Mavritaniyanın Mərkəzi Bankı yeni seriya banknotların dövriyyəyə buraxılmasını bəyan etdi. Yalnız beş nominal təqdim olunub: 50, 100, 200, 500 və min uqiya.

Mavritaniyanın yeni kağız pulları horizontal yönümlüdür və rəngi sakit tonlardadır. Rəssamlar ənənəvi kağız pul nişanələri stilini əsas götürüərək artıq detallara yer verməyiblər.

Üzərində nominal dəyər, emitent-ölkə və həmçinin hər iki dövlət dili – ərəb və fransız dillərində digər məlumat yer alıb.

20 dollar, Baham adaları

2018-ci ildə buraxılan, dünyanın ən gözəl kağız pullarının top-10-luğu

2018-ci ilin 27 sentyabrında Baham adalarının Mərkəzi Bankı 20 dollar nominal dəyərində nağd pulları buraxıb.

Yeni banknot CRISP Evolution seriyasına daxildir və zamanın məşhur vertikal dizaynına malikdir.

156 x 67 mm qabarit ölçüdədir.

Kağız pulun əsas rəngi çəhrayı, yaşıl, narıncı, mavi və sarı tonlarla bənövşəyidir.

Üz hissəsində tanınmış amerikan aktyoru, valideynləri Baham adalarından olan Sidney Poitier-in şəkli əks olunub.

Bundan başqa, banknotlarda Baham adalarının xəritəsi, Nassau limanının, Cənnət adalarının və Baham adaları Birliyi gerbinin təsviri var.

20 boliviano, Boliviya

2018-ci ildə buraxılan, dünyanın ən gözəl kağız pullarının top-10-luğu

2018-ci ilin 3 iyulunda 20 boliviano dövriyyəyə buraxılıb.

Göründüyü kimi bu yeni kağız pulların rəngi narıncıdır.

O, 100% pambıqdan hazırlanıb və qabarit ölçüsü 14 x7 sm-dir.

Bu qabarit ölçüsü ölkənin beş yeni banknotunda da belədir.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 250
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ruzgar
en gozel pul azerbaycan manatidir
7 sentyabr 2019 22:55
3
5
Offline
İlaha
Ən gözəl pul Azərbaycan manatıdır, çünki hər birinin üzərində bizim milli dəyərlərimiz öz əksini tapıb.
7 sentyabr 2019 22:52
2
Offline
BARBI
Her biri gozel pullardi.En sevdiyim pul amerikan Dollaridir
4 sentyabr 2019 21:10
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri