Planetin ən qorxunc yeri: Bu meşəyə gələnlər ölür (Fotolar)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 269
Səs ver:
(səs: 0)
Yaponiyadakı Fuji dağının ətəklərini bəzəyən “Aokigahara” meşəsi planetin ən qorxunc yerləri siyahısında ikinci yerdədir. Adının mənası «yaşıl ağaclar dərəsi» olsa da, hamı buranı «intihar meşəsi» kimi tanıyır. Bu yer hətta «Blerdən olan cadugərlər» kilminin çəkilişi üçün də istifadə olunub.

Milli parkın sıx ağaclarının arasından demək olar ki, günəş şüası düşmür, burada kompaslar işləmir. Səbəbi isə yaxınlıqda olan dəmir mədənləridir (təbii maqnit sahəsində təhriflərə gətirir).

Lakin bu meşənin planetin ən qorxunc yeri adı almasına səbəb bu sadaladıqlarım deyil.

Aokigahara hələ əsrin ortalarında məşhurlaşmağa başlayıb. O zamanlar Böyük Aclıq Dövründə insanlar qocaları və xəstə qohumlarını bu meşəyə ölməyə qoyurdular. Bu bədbəxtlərin isə acı dolu ah-naləsi sıx meşə massividən kənara çıxmırdı.

Hazırda isə yerlilərin inancına görə, həmin insanların ruhları intiqam almaq üçün tənha səyyahları gözləyirlər.

Yaponlar arasında «İntihar meşəsi» kimi tanınan bu yerdə 1950-ci ildən bəri 500-dən çox insan meşənin dərinliklərinə gedərək canlarına qəsd edib. İntiharların sayına görə Aokigahara yalnız San Fransiskodakı «Qızıl Darvaza»dan geridə qalır.

Meşədə «Zibil atmayın!» xəbərdarlığı yerinə hər tərəfdə yaxınlar və doğmalar haqqında düşünmək barədə tövsiyələr olan elanlar asılıb, psixoloji xidmətlərin telefon nömrələri yazılıb, videomüşahidə aparılır. Lakin insanlar (adətən ofis həyatı sürən və iş geyimlərində olan şəxslər) ölməyə davam edir.

Bu yerləri turist kimi gəzmək üçün insan möhkəm əsəblərə malik olmalıdır; Bəzən ayağının altında şaqqıldayan budağın əslində insan sümüyü olduğunu görürsən, uzaqdan qeyri-təbii ifadə ilə sənə baxan şəxsə yaxınlaşdıqda isə özünü asmış adamla rastlaşa bilərsən…

Planetin ən qorxunc yeri: Bu meşəyə gələnlər ölür (Fotolar)





(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri