Küçələrin şəriki

Şərhlər: 3
Baxılıb: 1 459
Səs ver:
(səs: 0)
-Mən küçələrdə böyüyən, uşaqlığından bixəbər bir uşağam..;
Hansı ki, çərpələngi ağacın budağında ilişən, xəyallarına yuxularında qovuşan və oyuncaqlarını nağıl qəhrəmanlarına bəxş edən uşaq..
O uşaq mənəm..
Kaş anam yanımda olaydı..
Mənim anam haradadır görəsən?
Halbuki, dodaqlarımda küçələri bəstələyirəm..
Görəsən analar necə oxşayır körpələrini?
Ana qoxusu necədir görəsən?..
Bir ananı təsvir edə, çəkə bilərsizmi mənim üçün?
Bilirsiz necə edin? Qaranlığın qarlı soyuğunun barmaq uclarında bir ana.. Unudulan körpələrin ürkək ovuclarında bir ana təsvir edin.. Və yanında da məni təsvir edin, olar?
Eynilə sulu boya ilə çəkilən rəsmlər kimi, səmimi..
Artıq alışmışam bir körpünün soyuq və qaranlıq bədəninə..
Hər axşam körpünün altında ay'ın filmini izləyirəm..
Siz heç ulduzlara baxıb üşümüsüzmü?
Əmi, ay əmi.. Salfet istəmirsiz ki? İyirmicə qəpikdir vallah! Bibi, ay bibi şirin pambıq istəmirsiz ki, qızınız üçün..
Kaş mənim də atam olardı.. Nəsirli əllərində şəfqət axtaracağım bir insan.. Yıxılmağa qoymazdı məni, əlimi bərk-bərk tutardı, gəzdirərdi məni. Zooparkları çox sevirəm, uzaqdan görmüşəm bircə dəfə, hələ bilirsiz heyvanların da bacarığı olurmuş sən demə onları bir araya yığıb sirk hazırlayırlar. Atam məni sirkə aparaydı kaş.. Allah bilir indi atalar Novruz bayramında nə hədiyyələr alacaqlar uşaqlarına.. Şəkərburalar, paxlavalar, qoğallar..
Sizin indi cürbəcür xəyallarınız var, məktəb oxumaq, universitet bitirmək, işləmək, getdikcə yüksələn xəyallarınız..
Xəyallarınızı mənə kirayə verərsizmi?..
Baxın, bu gördüyünüz bütün salfetlərim, şirin pambıqlarım sizin olar..
Siz fikir eləməyin əşi məni, küçələr düşünsün məni..
Qəzetlər yazsın bircə dəfə, xəbər portalları düşünsün..
Nə də olsa olmayan ayaqqabılarımın rahatlığıyla ayaq basıram bütün küçələrə..
Küçələrin də atası, anası yoxdur sən demə, əbəs yerə dərdimə şərik olmayıb ki..
Mən küçədə böyüyən bir uşağam..
(1 Şəriki / İxtisarla)

Müəllif; Rüfət Hüseyn 
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 459
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri