Əbədi olan yalnız insanın içindəki sonsuz tənhalıqdır...

Müəllif: Aykam2001
Şərhlər: 1
Baxılıb: 1 430
Səs ver:
(səs: 0)
Heç kim, heç kim insanı özündən, daxilindəki təkliyindən ayıra bilməz. insan bu dünyaya tək gəlib, tək getdiyi kimi həyatı boyu da təkdir. sadəcə qismətdənmi ya təsadüfdənmi ömür boyu cürbəcür insanlarla rastlaşır, ünsiyyət qurur və bəzən hətta elə zənn edir ki, bu münasibətlər onu təkliyindən ayırır. əsla! heç kəs insanı daxilindəki tanhalıqdan qurtara bilməz! ona görə də hərə təkbaşına qərar çıxarmalıdır: insan qalabalığın içində qeyb olmalı, izdihamda yayılmalı, yoxsa təkliyi mütləq həqiqət kimi qəbul edib hər şeydən və hamıdan uzaqlaşmalıdır. tənhalıqdan qorxsam da, ondan qaçsam da anlayıram ki, ətrafımı adamlarla doldurmağım özümü aldatmaqdır. onsuz da, bu adamlar ömrümün hansısa kəsiyində, həyat konsertimin hansısa hissəsini ifa etmək üçün lazımdır, partiyalarını çalıb tədricən yox olacaqlar. sonra isə konsert qurtaracaq. çünki bu dünyada əbədi heç nə yoxdur. əbədi olan yalnız insanın içindəki sonsuz tənhalıqdır...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri