Sən qızsan, qızlar maşınla oynamaz gəlinciklə oynayar deyilməyəcək məsələn...

Müəllif: Aykam2001
Şərhlər: 4
Baxılıb: 1 839
Səs ver:
(səs: 0)
Bir qızım olacaq, gözümün işığı, sevinc payım, yaşadığım acı günlərin mükafatı, varlığı ilə dünyama xoşbəxtlik verən bir qız. Tək mənimçün deyil, həmçinin atasınında şəhzadəsi, nənəsinin sevimlisi, babasının gözmuncuğu olacaq. Atası işdən yorğun gələndə, gül çöhrəsini görəndə işdəki yorğunluğunu unudacaq məsələn. Dostları ilə çayxanada oturmaq yerinə evdə qızıyla oynayacaq. Oyuncaqları tək gəlinciklər deyil, top, maşın, əsgərlər, avtomatlar olacaq. Sən qızsan, qızlar maşınla oynamaz gəlinciklə oynayar deyilməyəcək məsələn. Sonra atası ilə gah gəlinciklər üçün saç düzümləri edəcəklər, gah da maşın yarışı... Məsələn atası qızının saçlarını daramaqdan zövq alacaq, o gəlinciyinin saçını darayanda atası onun ipək saçlarını darayacaq, darmadığın bir saç düzümü edəcək. Olsun amma o bundan həzz alacaq. Mən bunları kənardan izləyib zövq alacam. Daha zəhər tuluğu olmayacam ki, bu evin halı nədir? Niyə dağıtmısız. Mən də zövqlə onlarla birlikdə evi dağıdacam. Səliqəli uşaq gülüşləri olmayan bir evdən, səliqəsiz uşaq qaqqıltısı gələn bir evi tərcih edirəm.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri