11 oktyabr Dünya qız uşaqları günü

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 287
Səs ver:
(səs: 0)
Dünya Qız Uşaqları Günü 2011-ci ilin dekabr ayında Birləşmiş Millətlər tərəfindən qəbul edilmiş və hər il oktyabr ayının 11 –dən qeyd olunmağa başlanmışdır.

Əvvəlcə, Türkiyə, Kanada Peru tərəfindən qəbul edilən bu gün getdikcə digər dünya ölkələri tərəfindən də qeyd edilməkdədir.
Dünya Qız Uşaqları Gününün məqsədi qız və oğlan uşaqları arasında davam edən ayrı-seçkiliyə diqqət cəlb etmək və bunun qarşısını almağa təşviq etməkdir. 2012-ci ildə başlanılan bu hərəkatın ilk devizi "uşaq nikahları" olmuşdur. 2013-ci ilin əsas mövzusu isə BMT tərəfindən "təhsil" kimi müəyyənləşdirilmişdir.
BMT ən nüfuzlu beynəlxalq missiya kimi uşaqlara qarşı ayrı-seçkiliyin bariz şəkildə müşahidə edildiyi təhsil, qidalanma, səhiyyə, şiddət vs. bu kimi sahələrdə müvafiq qurumlar və qeyri-hökumət təşkilatlarının səylərini istiqamətləndirərək qız uşaqlarının həyatı üçün fərqlilik yaratmağa təşviq edir.
Axı əsas ədalət və bərabərlik qanunları insanların həyatında uşaq yaşlarından başlayır. Bu məqsədlə həyata keçirilən ictimai məlumatlanma, təhsil, xüsusən, qız uşaqları üçün çox əhəmiyyətlidir.

Hazırda dünyada 1,1 milyard qız var. Ötən hər 10 dəqiqədə bir gənc qız şiddət qurbanı olur. Dünyada 10-19 yaşlı qızların sayı 600 milyondur. Ümumiyyətlə, dünyada 700 milyon qız 18 yaşa çatmamış nikaha daxil olub. Demək olar ki, bir çox ölkələrdə cinsi ayrı-seçkilik, qız uşaqlarının təhsil hüququ və səhiyyə xidmətlərindən məhrum edilməsi, erkən və məcburi nikahlar, şiddət, qız uşaqların abort edilməsi problemləri hökm sürür.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 287
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Nece maraqli.Acigi men bilmirdim bele ir tarixin oldugunu
11 oktyabr 2019 18:24
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Cema_Axodova
Butun qiz balalarin bayramin tebrik edirem qizlarimda icinde
11 oktyabr 2019 17:26
2
p.s
Offline
kivircik
Ay ne maraqli. Allah qorusun butun korpeleri qizli oglanli)
Sonda yazilan melumat chooox uzucudu.
11 oktyabr 2019 16:10
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri