Bu heyvanın genlərində insanlarla 96% eynilik var

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 045
Səs ver:
(səs: 0)
Bir müddət əvvəl elm adamları şimpanzenin jest dilini araşdıranda insan nitqinin xeyli əlamətlərini aşkar etmişdilər. Bu onu deməyə əsas verir ki, şimpanze təkamül tarixində insana ən yaxın növdür. Ümumi əcdadımız 6 milyon il əvvəl yaşayıb.

Hələ 1960-cı ildə bioloq Ceyn Qudoll şimpanzeləri Tanzaniyada təbii mühitdə müşahidə edəndə bu fikrə gəlmişdi. O, meymunların budaqları necə qırdığını, yarpaqları necə təmizlədiyini görmüşdü. Yalnız insanlar özünü bu cür apara bilərdi.

Cəngəllikdə şimpanzelərə yaxın yaşayan Qudoll xeyli maraqlı müşahidələr apara bilmişdi. Məsələn, məlum olmuşdu ki, bu meymunlar heç də ətdən imtina etmir. Əksinə, qədim insan kimi tayfa halında ova çıxır. Daha çox meşə qabanlarını və kiçik məməliləri ovlayırlar. Sonra isə ovu öz aralarında bölürlər.

Şimpanzelər cəmiyyət halında yaşayır, ailə qururlar. Ana və bala arasında çox böyük mənəvi bağ var. Övlad tərbiyəsi təxminən beş il sürür. Bacı və qardaşlar bir-birini tanıyır, qəbul edir.

Onlar başqa növlərə həssas yanaşır. Məsələn, başqa növün balaca nümayəndəsini himayəyə götürə bilirlər. Şimpanzelərin hətta pişikləri yedizdirdiyi də müşahidə olunub.
2005-ci ildə şimpanzelərin DNT analizi də həyata keçirilmişdi. Onların insanlarla, demək olar, eyni olduğu üzə çıxmışdı. Hətta qorilla və oranqutan DNT-si ilə daha çox fərq var, nəinki insanla. Bu onu göstərir ki, ortaq əcdadımız var. Genlərimiz 96 faiz oxşayır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri