Məşhur ulduzların qəribəlikləri

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 2 442
Səs ver:
(səs: 0)
Hər zaman sənətləri ilə gündəmə gələn məşhurlar bəzən də fərqli və qəribə xüsusiyyətləri ilə diqqət çəkir.

Bülent Ersoyun tək rəqəmlərə qarşı qorxusu var. Belə ki, sənətçi otellərdə hər zaman cüt rəqəmli otaqlarda qalır. Bununla yanaşı Ersoy tək qalmaqdan da qorxur.

Batil inancı olan məşhurlardan biri də Haydi Klumdur. Model süd dişlərini hər zaman yanında gəzdirir. Klum dişlərin ona uğur gətirdiyinə inanır.

Aktrisa Çarliz Teron isə heç vaxt dağınıq otaqda yatmır.

Məşhur repçi Eminem hər zaman qaranlıq otaqda yatır. Belə ki, o, qaldığı otellərdəki bütün pəncərələri bağlatdırır.

Rejissor Alfred Hiçkokun ən böyük qorxusu isə yumurtalardır. O, bununla bağlı müsahibələrindən birində bu sözləri deyib:

"Yumurtalardan qorxuram. O yuvarlaq, ağ yumurtaların içindən sarı maye çıxır. Daha əvvəl dağılan və sarı mayeyə çevrilən yumurtadan daha dəhşətli nəsə görmüsünüz?"

Aktrisa Ancelina Colinin bıçaqlara qarşı xüsusi sevgisi var. Coli yataq otağında bıçaqla oynamağı sevdiyini deyib

Müğənni Cessika Simpson yerə düşən əşyaları ayaq barmaqları ilə götürməyi sevir.

Stiv Cobs günlərlə eyni qidaları yeyirdi. Hətta bir neçə gün kök yeyən Cobsun dərisi narıncı rəng olmağa başlayıbmış.

Katerina Zeta Cons isə daha ağ dişlərə sahib olmaq üçün çiyələkdən hazırlanan diş pastasından istifadə edir

Məşhur ulduz Peris Hilton saat 11:11 olanda mütləq arzu tutur. Bundan əlavə onun taxtaya vurmaq kimi bir inancı da var.

Aktyor Coni Depp isə barbi gəlincik tutqunudur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri