Güllərin rənginə görə mənası

Müəllif: Diablo
Şərhlər: 8
Baxılıb: 4 692
Səs ver:
(səs: 0)
1. Qırmızı gül
Qırmızın gülün eşqi təmsil etdiyini hamı bilir. Xüsusi günlərin dəyərlisi olan qırmızı gülün mənası; eşq, cəsarət və ehtirasdır. Tək qırmızı gül " səni sevirəm" mənasına gəlir.

2. Sarı gül
Sarı güllər 1700-cü illərdə kəşf edilənə qədər mövcudluğu bilinmirdi. Kəşf edildikdən sonra yetişdirilməyə başlandı. Sarı gül isə dostluq və dəyər vermək mənasına gəlir. Biri sizə sarı gül verərək dəyərli olduğunuzu göstərməyə çalışır.

3. Ağ gül
Ağ güllər tarix boyu ən məhşur çiçəklər arasında yer almışdır. Saflığı, məsumluğu və hörməti təmsil edir.

4. Çəhrayı gül
Bir-birindən fərqli tonlarla görənləri valeh edir. Xoşbəxtlik və təşəkkür mənasına gəlir. Tilsimləyən gözəlliyə sahib olan bu güllər, birinə təşəkkür etmək üçün idealdır.

5. Mavi gül
Mavi güllər digər gül növlərinə görə nadir tapılır. Ən çox bəyənilən güllər arasında yer alır. Mavi gül ; bənzərsizliyi və heyranlığı təmsil edir.

6. Qarışıq rəngli gül
Güllərin hamısı bir-birindən gözəldir, rənglər arasında seçim edə bilmədiyiniz halda qarışıq gül buketi hazırlaya bilərsiniz. Qarşıq duyğuları nümayiş etdirir.

7. Qara gül
Qara gül də təbiətdə nadir tapılan çiçəklərdən biridir. Gözəlliyinə və bənzərsizliyinə rəğmən bu gül "əlvida" mənasına gəlir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri