Danimarkalıların xoşbəxtlik sirri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 462
Səs ver:
(səs: 0)
40 ildən çoxdur Danimarkanın adı dünyanın ən xoşbəxt ölkələri arasında çəkilir.

Qadinla.com xəbər verir ki, bu xoşbəxtliyin sirlərindən biri son zamanlarda haqqında bir çox kitablarda, xəbərlərdə yazılan və universitetlərdə tədris olunan Danimarkanın 'Hygge"anlayışıdır. “Hygge” nədir?

Tələffüzdə “hüqa” kimi səslənənbu söz 19-cu əsrdə meydana gəlib. Danimarkadan başqa dillərdə qarşılığı yoxdur. Norveç dilində bu söz “rahatlıq”, “sakitləşdirici” və “barış” mənasını verir. İngilis dilində “sarılmaq” mənasını verən "hug” sözü ilə də əlaqələndirilir.

İsti, mehriban və rahat bir ev anlayışını ehtiva edən bu konsepsiya Danimarka mədəniyyətində çox əhəmiyyətli bir yerə sahibdir.

“Hüqa” necə tədris olunur?

Əvvəlcə sadə şeylərdən zövq almalısınız. Məsələn, evdə şamlar yandırmaq, gözəl bir qəhvə və tort ilə isti yorğan altında bir kitab oxumaq. Pəncərədən çölü seyr etmək. Ancaq “hüqa” yumşaq, şirin və isti mühitlə məhdudlaşmır. Ailə və dostlarla əsl yaxınlıq “hüqa” üçün çox vacibdir.

“Hüqa”nı hiss etmək üçün problemdən uzaq ailə təsəvvür edin. Heç kimin bir-birini tənqid etmədiyi, şikayətlənmədiyi dinc bir yemək masası. Süfrə ailə üzvlərinin köməyi ilə açılıb, yığışdırılır. Heç kim diqqət mərkəzində olmağa çalışmır. Heç kim digərlərindən daha ağıllı və ya daha uğurlu olduğunu sübut etməyə çalışmır. Hamı şən, bir-birini maraqla dinləyir. Mübahisəli mövzular ətrafında müzakirələr getmir. Hər kəsin diqqəti yemək, söhbət və birlikdə keçirdiyi vaxta yönəlib.

Danimarkalılarda da hər insan kimi eqoistlik, problem, çətinlik və zəif cəhətlər var. Uzunömürlü insanların ortaq xüsusiyyəti nə yedikləri və nə içdikləri deyil, güclü bir ictimai əlaqələrə sahib olmalarıdır. Ancaq “hüqa” ruhunu ələ keçirmək üçün cəmi bir neçə saat ərzində hər kəsin yaxşı xüsusiyyətlərini irəli aparması və müsbət rəftar etməsi lazımdır.

Gözəl bir “hüqa” təcrübsi üçün əsas qaydalar:

1. Özün kimi gəl.

2. “Hüqa”nı təhlükəsiz bir sığınacaq olaraq gör

3. “Hüqa”nın komanda olduğunu unutmayın

4. Mövzu mübahisələr yaradacaqsa, uzaq durun.

5. Unutmayın ki, bu, yalnız müəyyən bir müddətə aiddir.

6. Mobil telefondan uzaq durun.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 462
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri