Şokoladı bizə bu qədər sevdirən səbəblər nələrdir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 807
Səs ver:
(səs: 0)
Nə qədər sağlam qidalansaq da, bəzən spesifik olaraq, xüsusilə də qadınların ürəyi şokolad istəyir. Hətta bəzən krizə belə girə biləcək qədər. Bəs niyə insanlar şokoladı bu qədər xoşlayır? Bunun bir neçə səbəbi var.

Qan şəkərinin aşağı olması
Yemək vaxtları arasındakı boşluqlar uzun olduğu zaman qan şəkərimiz düşür. Enerjiyə ehtiyac duyuruq. Şirin qidalar enerji səviyyəsini sürətli şəkildə qaldırdığı üçün ürəyimiz şəkərli qidalar istəyir, lakin belə vəziyyətlərdə şokolad yemək düzgün seçim deyil. Sürətli bir şəkildə yüksələn enerji, eyni sürətlə də aşağı düşəcək. Ən yaxşısı yeməklər arasında uzun boşluqlar buraxmamaq və lifli qidalar qəbul etməkdir.

Maqnezium çatışmazlığı
Əslində bir çox insanda maqnezium çatışmazlığı var və bundan özlərinin xəbəri yoxdur. Şokolad maqnezium baxımından olduqca zəngin qidadır. Nəticədə maqnezium çatışmazlığı səbəbi ilə insanların ürəyi şokolad istəyə bilir. Kiçik kvadrat parça şokoladda 41 milliqram maqnezium olur. Qadınlar gün ərzində 320 qram maqneziuma ehtiyac duyurlar. Əgər sizin də maqnezium çatışmazlığınız varsa, təbii kakaodan hazırlanmış şokoladlara üstünlük verə bilərsiniz.

Vərdiş
Hər gün mütləq şokolad və ya şokoladlı qida qəbul edirsiniz? O zaman sizdə bu artıq vərdiş halını alıb. Bu da o deməkdir ki, ehtiyacınız olduğu üçün deyil, sadəcə vərdiş halına gəlib deyə ürəyiniz şokolad istəyir. Bu vərdişdən qurtulmaq üçün sağlam qidalanmağa üstünlük verə bilərsiniz.

Mensturasiya dövrü
Araşdırmalar göstərmişdir ki, qadınların 50%-i mensturasiya dövründə şokolad istəyir. Bunun üçün hər hansı bir elmi açıqlama verilə bilməsə də, ehtimal olaraq enerjili və xoşbəxt hiss etmək üçün şokolad yeyirlər.

Şokoladın faydaları
Şokoladı niyə istədiyinizin səbəblərini bildiyinizə görə artıq sizə bir neçə yaxşı xəbərimiz var. Kakao antioksidant baxımından zəngin qidadır. Araşdırmalar göstərir ki, şokolad xolesterolu düşürür və yaddaşı gücləndirir, lakin paketlənmiş şokoladların bir çoxu bu faydalara sahib deyil. Onlar əsasən şəkərdən ibarətdir və zərəri xeyirindən çoxdur. Mütəxəssislər bildirir ki, tərkibinin 70%-i kakao olan şokoladlara üstünlük vermək olar, amma yenə də bir neçə parçadan artıq yemək məsləhət deyil.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 807
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4923
Xəbər sayı: 48
fiyonik
Men normal sevenlerdenem. Yeni dehset olmurem. Indi hec yemirem. Evvel idi kinder,kitkat birde alpen gold sevirdim. Sokolad faydali oldugu qeder de zererlidi. Melumat ucun tesekkurler!
2 iyun 2020 20:05
12
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 1435
Xəbər sayı: 5
kivircik
Mende demek olar ki,verdish halini almishdi, gozumden qiraga qoyurdum,olmayanda da gozum gezirdi indi shukur biraz azaltmisham. Shirniyyat,murebbe,shokolad bizde stola qoyulan kimi uchur))
4 aprel 2020 15:32
11
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 3766
Xəbər sayı: 109
ÜlSi❤
Men qeder seven 2-çi insan gormemiwem!
4 aprel 2020 13:23
10
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 1344
Xəbər sayı: 130
GüL
Birce onu biliremki men sokaladi cox sevirem
4 aprel 2020 08:56
9
Şərh sayı: 80960
Xəbər sayı: 30
BARBI
Men ancaq sekerim asagi dusende yeyirem
3 aprel 2020 23:47
8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 39
Xəbər sayı: 0
Səmra
Şokolad sevənlər sirasinda mən də varam.
3 aprel 2020 22:03
7
Şərh sayı: 321
Xəbər sayı: 1158
♥️Number one♥️
Şokolad varsa mən də varam.Dəhşət sevirəm.Bilmirəm nədəndir amma.İndi bilmiş oldum.Təşəkkür
3 aprel 2020 21:13
6
Şərh sayı: 439
Xəbər sayı: 0
Ays
Sitat: _pandam_
Hansı sebebdendi bilmirem amma mende şokoladı çox sevirem ^^

Məndə maqnezium əksikliyi var. O səbəbdən ola bilər
3 aprel 2020 21:01
5
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Wokoladi coxda sevmirem yeni yeyende xowbextlik getirir fikri mene yaddir
3 aprel 2020 20:54
4
p.s
Şərh sayı: 962
Xəbər sayı: 19
_abdullazadə_l_
Əvvəllər çox sevirdim. Xəstə olandan sonra yemədim.
3 aprel 2020 20:50
3
Hərbiçi yarı
Şərh sayı: 11117
Xəbər sayı: 307
Totu
Mende şokolad sevenem tesekurler
3 aprel 2020 20:45
2
Şərh sayı: 646
Xəbər sayı: 12
_pandam_
Hansı sebebdendi bilmirem amma mende şokoladı çox sevirem ^^
3 aprel 2020 20:30
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri