Taundan qorunmaq üçün geyinilən kostyum nə üçün o formada idi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 708
Səs ver:
(səs: 0)
17-ci əsrdə Avropada taunlu xəstələrə baxan həkimlər kostyum geyinərək özlərini başdan ayağa qədər örtür, quşa bənzəyən uzun bir dimdiyi olan maska taxırdılar. Maskaların formasının səbəbi isə xəstəliyin yayılma yolları ilə bağlı yanlış məlumatlar idi.

Kostyum 17-ci əsrdə bir çox Avropa krallığının tibbi ehtiyacını qarşılayan həkim Charnes de Lorme ilə bağlıdı.

Lormenin tərifinə görə geyim qoxulu bal mumu ilə örtülü pencək, botlara bağlı şalvar, sıx köynək və keçi dərisindən hazırlanmış şapka və əlcəkdən ibarətdir.
Həmçinin həkimlər qurbanlara toxunmaq və onları uzaqlaşdırmaq üçün çubuq daşıyırdı.

Ancaq taxdıqları maska daha çox diqqət çəkirdi. Taun həkimləri eynək və burnu 15 sm olan dimdik şəklində, burun dəliklərinin yanında iki dəliyi olan ətirlə dolu maska taxırdılar. Bu maskalar həkimləri kirli havadan qorumaq üçün düşünülmüşdü. O zamanlar insanlar taunun insanların xarakterində və orqanizmin daxili mühit mayelərində balans pozğunluğu yarada biləcək zəhərli hava ilə yayıldığına inanırıdlar. Şirin və kəskin ətirlərin taun daşıyan bölgələri dezinfeksiya edə bildiyi və burnu qoruya bildiyi düşünülürdü.

Maskalar 55- dən çox bitki, darçın, bal kimi tərkiblərdən ibarət məcunlarla doldurulurdu. Maskanın dimdik forması isə zəhərli havanın burun dəliklərinə və ağciyərlərə çatma müddətinin uzadılması üçün idi (Lormeyə görə).

Taun isə əslində heyvanlardan insanlara birə dişləməsi, bulaşıcı maye və ya toxuma ilə təmas, asqırma və öskürmə yolu ilə yayıla bilən bakteriyalardan, “Yersinia Pestis”- dən yoluxur.

Həmçinin qəribə görünüşünə görə kostyum İtaliya karnavallarında məşhurdur. Karnavalda məşhur olan bu kostyum əslində bir zamanlar dünyanın ən qorxunc xəstəliklərindən olan taundan qorunmaq üçün bir vasitə idi.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 708
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 13382
Xəbər sayı: 297
Qeydiyyat: 19.11.2012
Miss_Oxatan
Her bir halda cox pis epidemiya idi.indiki yalanci karonadan deyildi
11 may 2020 02:35
3
#flatearth
Şərh sayı: 6000
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Maraqli melumatdi ama kostyumun gorunuwune geldikde indi koronaya gore geyinilende qorxuncdu :)
10 may 2020 07:25
2
p.s
Şərh sayı: 80404
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Maraqlidir.Ilk defe gordum bu kostyumu
9 may 2020 19:31
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri