Saç rənginin insan ömrünə İNANILMAZ TƏSİRİ - ARAŞDIRMA

Müəllif: Diablo
Şərhlər: 7
Baxılıb: 3 065
Səs ver:
(səs: 0)
İngilis alimləri tünd saçlı insanların qısa ömürlü olduqlarını təsbit edib.

Qadınla.Com xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat "Nature Communications" jurnalında dərc edilib. Kembric Universiteti Klinik Tibb Məktəbinin mütəxəssisləri bir neçə yüz min insanın genini təhlil edib. Tədqiqatın nəticələrində məlum olub ki, tünd saçlı insanlar cinsi yetkinlik yaşına daha tez çatır.
Üstəlik, cinsi yetkinliyin erkən başlamasının şəkərli diabet və ya ürək xəstəliyi kimi təhlükəli xəstəliklərin inkişaf riskini artırdığı da iddia olunub. Belə ki, mütəxəssislər saç rəngi və cinsi yetkinliyin beyində piqmentasiya, eyni zamanda cinsi vəzlərin yetkinləşməsini tənzimləyən hormonların sərbəst buraxılması üçün cavabdeh olan hipofiz vəzi ilə bağlandığına inanırlar.
Daha əvvəl koreyalı elm adamları keçəllik və iş sürəti arasındakı əlaqəni müəyyənləşdirmişdi. Belə ki, həmkarlarından daha sürətli işləyən kişilərin daha tez keçəlləşdiyi qənaətinə gəlinmişdi.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 065
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri