Bir insan ilə aranızda kosmik bağlılıq olduğunu göstərən 8 işarə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 3 451
Səs ver:
(səs: 0)
Kainat və enerji mövzusu uzun müddətdir ki, müzakirə mövzusu olub. Bəzi insanlar kainatdan istədikləri hər şeyi enerji ilə ala biləcəklərinə inanırlar.

Kainatda hər şey mükəmməl bir nizam halındadır. Bu nizama uyğunlaşan insanlar isə istədikləri hər şeyi enerji yolu ilə əldə etdiklərini düşünürlər. Enerji və kainat mövzusu isə uzun illərdir ki, müzakirə mövzusudur. Kainatda hər şey bir-birinə bağlıdır və reallaşan hər şeyin bir səbəbi vardır. Bu ikili münasibətlərimiz üçün də keçərlidir.

Əgər həqiqətən ruh yoldaşınızla birlikdəsinizsə, kainat bunu hiss etməyinizi təmin edəcəkdir. Bəzən bir insanla birlikdə olmaq üçün heç bir məntiqli səbəb olmadığı halda instinktləriniz sizi o insana doğru cəzb edər. Bu isə onun sizin kosmik yarınız olduğunu göstərir. Bəs biri ilə aranızda kosmik bağ olduğu nəyi bildirir?

Kiminsə həyatınıza girməsinin mütləq bir səbəbi vardır. Nəticəsi ayılıq olsa belə, o insan sizə çox şey öyrətmiş olacaq. Bəzən bizim üçün yaradıldığını düşündüyümüz “o” insanla tanış olduğumuzu düşünərik, amma sonra münasibət istədiyimiz kimi getməyə bilər. Duyğusal olaraq yara bilərik.
Yenə də aramızda kosmik bir bağlantının olduğu insanla tanış olmaq ehtimalımız olduqca yüksəkdir. Bəs bir insanla aramızda kosmik bağlantının olduğunu necə anlaya bilərik?

1. Sizə ilham verərlər.
Aranızda kosmik bir bağlantının olduğu insan sizə mütləq ilham verər. Yeni şeylər sınamanız və əskiklərinizi tamamlamaq üçün sizi təşviq edərlər. İşlər nə qədər çətin olsa da, hər zaman doğru qərarı verirmiş kimi görünərlər. Bu yönləri ilə sizə yol göstərərlər.

2. Sizi motivasiya edərlər.
Kainatdan sizə göndərilən biri ilə qarşılaşdığınızda, sizi daha yaxşı bir insan olmağa motivasiya etdiklərini hiss edəcəksiniz. Onlarla danışarkən hədəfləri və həqiqi məqsədinizi görə biləcəksiniz. Həyatınızdakı məqsədinizi sizə sorğuladıb, əskik qalan yönlərinizi tamamlamaq üçün sizi təşviq edərlər.

3. Var olmağınızın həqiqi məqsədini tapmağınıza kömək edərlər.
Son 10 ildə həyat son dərəcədə çətin və qarışıq bir hal aldı. Dünyəvi şeylərə çox ilişir və həqiqi məqsədimizi unuduruq. Kosmik bağlantımızın olduğu insanlar isə bizə əslində maddi şeylərin önəmi olmadığını xatırladırlar. Stresə girmək yerinə, bir şeylərin ləzzətini almaq üçün nə edə biləcəyimizi göstərirlər.

4. Duyğusal olaraq işlər qaydasında getməsə belə, ondan öyrənəcəyiniz bir şeylər mütləq var.
Həyatınızda sizə böyük ölçüdə təsir edən bəzi insanlarla tanış ola bilərsiniz. Amma bu tanışlıq hər zaman pozitiv nəticələnməyə bilər. O insanla duyğusal olaraq işlər yaxşı getməz və ayrıla bilərsiniz. Amma münasibətiniz davam etməsə də, həyatınızda olduğu müddət içərisində mütləq sizə bir şey qatmış olacaqlar. Həyatımızdakı hər şey bizim üçün təcrübə xarakteri daşıyır.

5. Vərdişlərinizi pozar, həyatınıza yenilik gətirərlər.
Həyat eyni vərdişlərdən ibarət deyil. Hər gün eyni şeyləri etmək məcburiyyətində deyilsiniz. Yeni şeylər sınamağınız və yeni insanlarla tanış olmağınız lazım gəlir. Kainat tərəfindən sizə göndərilən bu insanlar bizə həyatdakı kiçik şeylərdən zövq almağımız və yeni şeylər sınamalı olduğumuzu göstərirlər.

6. Ürəyinizi açmağınıza kömək edərlər.
Biriylə kosmik bir bağlantı qurduğunuz zaman, ürəyinizi onlara açmağın uyğun olduğunu anlayacaqsınız. Bir çox insan, bu günün cəmiyətində həqiqi olmayan sosial gözləntilər səbəbi ilə robotlaşmış kimi davranır. Beləcə, duyğularını kütləşdirirlər. Kosmik partnyorunuz isə belə bir dünyaad duyğularınızı yenidən kəşf etməyinizə yol açacaqlar.

7. Sizə məqsədinizi xatırladarlar.
Hər birimizin mənəvi bir məqsədi var, amma modern dünyamızda bunun nə olduğunu bir çoxumuz unuduruq. Kosmik partnyorlar isə bunu xatırlamağınıza kömək edərlər, çünki bizə həqiqətdə kim olduğumuzu göstərirlər.

8. Onların sağaldıcı bir gücləri olur.
Onların yanında olmaq belə sizi yaxşı hiss etdirə bilr. Etdikləri hər şey sizə özünüzü evinizdəymiş kimi hiss etdirəcəklər. Özünüzü pis hiss etdiyinizdə isə onların yanında getmək istəməyiniz isə son dərəcə normaldır. Çünki aranızdakı bağ səbəbi ilə onların varlığı belə sizə hüzur verəcəkdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 451
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri