Yaponların zəlzələ sonrası dünyaya nümayış etdirdikləri insanlıq dərsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 591
Səs ver:
(səs: 0)
Ölkəmizdə insanların Coronavirusun nəfəsini üzündə hiss etdiyi bugünlərdə, insani böhranın zərərlərinin hər kəsə toxunacağını göz önündə tutaraq, bir nümunə, bir xatırlatma etmək istəyirəm. Düzdür formaca fərqli olsa da, kimlərsə bunu sağlam müqayisə olaraq görməsə belə, məncə 2011-ci ildə Yaponiyada baş vermiş real zəlzələ zamanı yaponların necə davrandığına diqqət etmək hər birimiz üçün və ictimai cəhətdən faydalı olar.

Yaponların bu zəlzələ sonrası sonrası ən çox diqqəti çəkən ictimai davranışları və məqamlar bunlar olmuşdur.

Sükunət: Tək bir lovğalıq və ya həddindən artıq kədər görülmədi.

Şərəf və şəxsiyyət: Su və ərzaq üçün düzənli sıraya keçdilər. Heç kim heç kimin sırasını pozmadı, tək bir tərs söz və ya çiy hərəkət görülmədi.

Gözütoxluq: Mövcud hərkəsə çata bilsin deyə, insanlar sadəcə o anki ehtiyaclarını qarşılayacaq qədər mal satın aldılar.

Nizam-intizam: Tək bir oğurluq hadisəsinə rast gəlinmədi.Sadəcə anlayış var idi.

Fədakarlıq: 50 işçi nüvə reaktoruna su nasoslamaq üçün orda qaldı. Onların haqqı necə ödənə bilər ki?

Şəfqət: Restoranlar – kafelər qiymətləri aşağı saldı. Başıboş bir bankamata heç kim toxunmadı. Güclülər zəiflərin qayğısına qaldı.

Təlim-Təhsil: Yaşlı və ya uşaq, hərkəs tam olaraq nə etməsi lazım olduğunu bilirdi.Və eynən də elə etdilər.

Mediya: Xəbər verərkən yüksək dərəcədə diqqət və həssaslıq göstərdilər. Gerizəkalı, reytinq düşkünü jurnalistlər yox idi. Yalnızca soyuqqanlı xəbərləşmə var idi.

Vicdan: Mağazanın birində elektriklər kəsiləndə, insanlar əllərindəkini rəflərə geri qoyub, səssizcə mağazadan çıxdılar.

Son olaraq unutmayın böhrandan minimum zərərlə çıxmaq üçün nə qədər yük və məsuliyyətin böyük hissəsi dövlətin üstünə düşürsə belə, bir o qədər bizim üstümüzə düşür, hər kəs bu müddət ərzində və gələcəkdə öz işini sağlam, peşəkar, vicdanlı və məsuliyyətlə görsə,hərkəs nöqsanı başqasının üstünə atmaq əvəzinə özünü daha çox yetişdirməyə enerji sərf etsə, ölkənin və insanların gələcəyi üçün daha faydalı olar.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 591
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1360
Xəbər sayı: 5
Qeydiyyat: 18.07.2019
kivircik
Etrafdaki insanlari bele zamanlarda tanimaq olur dogrudan da. Hech yadimdan chixmaz ,bir defe xestexanada bir ushaq chox narahat idi, durmadan aglayirdi ,oncedeki novbede olanlar biri de olsa novbesini vermirdi, donub qalmishdim ki,insanlarin azca da olsa vicdani sizlamirmi? Gerek insan soyuqqanli olmasin,ozunu digerlerinin yerine qoyub dushunmeyi bacarsin.
Ogurlug hadiselerinin olmamasi,chetin veziyyetde qiymetlerin ashagi salinmasi ,duzenli novbe alqisha layiq hereket ve addimdi
16 may 2020 19:43
5
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 6000
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Bizde dehwet oldu katantin teze bawlayanda marketlerde demek olarki hecne qalmadi ele bil dunyanin sonudu
16 may 2020 13:26
4
p.s
Şərh sayı: 80404
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Ne deyek.Insanliq dersini onlardan almaliyiq
16 may 2020 08:49
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 4029
Xəbər sayı: 47
Qeydiyyat: 19.11.2017
fiyonik
Bunlara görə dünyada tək irəli olan ölkə Yaponiyadı. Bizdə olsa təsəvvür belə etmək isdəməzdim. Kaş bütün ölkələrdə belə olsa. Belə anlayışlı olsalar. Məlumat üçün təşəkkürlər!
16 may 2020 01:04
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 364
Xəbər sayı: 12
Qeydiyyat: 31.03.2020
_pandam_
Necede anlayışlı davranıblarmış. İndiyse günde bir ölkeden oğurluq xrberleri gelir. Her kes herşeyi yığıb doldurur. Mağazada dava edirler men alacam o birsi deir yox men alıram. Düşünceli hereket edenler çox azdı tesüfki
16 may 2020 00:01
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri