Çox yeməyə rəğmən arıq qalmağın sirri tapıldı

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 2 974
Səs ver:
(səs: 0)
Avstriya, Kanada və Estoniyadan olan alimlər qrupu bəzi insanların çox yeməsinə baxmayaraq, artıq çəkili olmamasının sirrini tapıb. Bunun səbəbi xüsusi genin mövcudluğu imiş.

Qadınla.Com bildirir ki, araşdırmaçıların bu tədqiqatının nəticələri "Study Finds" portalında dərc olunub.

Araşdırmada Estoniyadan 47 min könüllü iştirak edib. Alimlər gözəl bədən quruluşu olan insanlarla orta çəkili insanların genlərini müqayisə edib. Məlum olub ki, hər şey anaplastik limfoma kinaz (ALK) geninin səviyyəsindən asılıdır. Genin miqdarı orqanizmdə nə qədər aşağıdırsa, insan o qədər az çəki toplayır.

Bundan əvvəl, bu genin bir sıra onkoloji xəstəliklərdə mutasiya edə biləcəyinə inanılırdı. Onun fizioloji əhəmiyyəti öyrənilməmişdi. Nəticələri yoxlamaq üçün elm adamları laboratoriya siçanlarında ALK-nı "söndürüblər". Məlum olub ki, bu canlıların rasionu və fiziki fəaliyyətləri dəyişməsə belə, daha çox arıqlayıblar.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 974
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri