Sevginin mərhələləri

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 3 535
Səs ver:
(səs: 1)
1. Vurğunluq (cəlb etmə mərhələsi)
2. Öyrəşmə (doyma mərhələsi, ardınca isə toxluq)
3. Mübahisələr (nifrət bəsləmə, ikrah hissi duyma mərhələsi)
4. Hövsələli olma, səbir etmə
5. Xidmət və qulluq göstərmək
6. Dostluq
7. Sevgi

İndi isə ətraflı:
1. Adət üzrə münasibətlər vurğunluqdan başlayır. Yəni oğlan və qız bir-birinə valeh olur, ehtirasa, hisslərə, romantikaya qərq olur. Adətən bunlar hormonal fon üzərində təşəkkül tapır. Normal qaydada 3 aydan 2 ilədək davam edir.

2. Bundan sonra öyrəşmə mərhələsi gəlir. Romantik münasibətlər pik həddə çatır və adiləşməyə başlayır. Artıq tərəflər doymağa başlayır. Sonra isə tərəflər toxluq çəkir. Bu mərhələ ildırımlı havadan öncəki durumu xatırladır. Hər şey şübhəli tərzdə sakit keçir, ancaq havadan burulğan iyi gəlir.

3. Mübahisələr. Bu mərhələdə ikrah və nifrət duyğusu məsələyə qarışmağa başlayır. Qarşıduma artıq yetişmişdir və tərəflər öz fikirlərini açıq şəkildə deyirlər.Qeyd: Bu üç bölüm münasibətlərin inkişaf etməsində ən çox rast gəlinən, müşahidə edilən mərhələli pillələrdir. Belə ki, camaatın çoxu mübahisələr mərhələsində ayrılır və ümid edirlər ki, yeni tərəf müqabili ilə belə şeylər yaşamayacaqlar. Ancaq adəti üzrə mərhələlələr təkrarən davam edir.

4. Hövsələli olmaq: Bu mərhələdə anlayırlar ki, mübahisələr zamanı dözümlü olmaq lazımdır. İnsan mübahisə etdikdə onların münasibəti yenilənir. Yəni sonra hər şeyi yenidən başlamaq məcburiyyətində qalacaqlar.Qeyd: Bu da münasibətlərin inkişafında mümkün olan ssenarilərdən biridir. Tərəf müqabilləri artıq bilirlər ki, mübahisələr yeni çalarların başlaması üçün növbəti mərhələdir. Bəzi cütlüklər bu mərhələyə çatdıqda səbir vasitəsi axtarmaq naminə ya ayrılırlar, ya da onlarda harmonal münasibətlərin dayanıqlı olması üçün həqiqi dözümlü platforma axtarmaq arzusu yaranır ki, bu da onlara növbəti mərhələyə keçmək şansı verir.

5. Xidmət və qulluq göstərmək: Bu mərhələr münasibətlərin inkişafı üçün ən əsas mərhələdir. Yəni yalnız bu mərhələdə biz sevginin nə olduğu anlamına yaxınlaşmağa başlayırıq. Əgər əvvəlki mərhələlərdə motiv daha çox eqomərkəzli idisə, burada isə tərəf müqabilinə xidmət etmək, onun məmnunluğunu təmin etmək durur.

6. Münasibətlərin inkişafı yolundakı digər mərhələ isə dostluqdur. Bunun söykənəcəyi yer əvvəlki mərhələdir. Yəni tərəf müqabilləri bir-birinə xidmət etdikdə onlarda etibar və inam, həmçinin təşəkkür duyğusu yaranır.

7. Bu uzun və çətin yolun sonunda cütlüklər ən layiqli mükafatı alırlar - SEVGİNİ. Sevigyə çatan şəxslərdə isə bu hiss zamanla zəifləmir, aradan getmir, əksinə daha da güclənir.Qeyd edirlər ki, bütün bu mərhələrin keçmə müddəti üçün təxminən 12 il və ya daha çox vaxt lazımdır.Bunu da qeyd etmək lazımdır ki, istisnalar və ya daha alternativ yollar da vardır. Lakin bu mərhələlələr toplusu ən çox rast gəlinən metod üzərində qurulub

Farid Abdullah
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 535
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri