Müasir insanların mübtəla olduğu lənət

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1 983
Səs ver:
(səs: 0)
Alman alimlər bu yaxınlarda maraqlı məlumatlar paylaşıblar. Belə ki, son 50 il ərzində almanlar, orta həddi götürsək, 400% daha zəngin hala gəliblər, ancaq depressiyaya mübtəla olan bədbəxt insanların sayı isə 38% artmışdır.

Bəs bunun səbəbi nədir? Nə üçün belə bir ədalətsiz nisbət yaranmışdır?

Bu, təxminən 100 il bundan əvvəl Amerikada başlamışdır. Henri Ford avtomobil istehsalının reformasiyası sayəsində dünyanın ən zəngin adamına çevrildi. Onun uğuru o həddə çatdı ki, Cadillac, Chevrolet, Buick, Dodge kimi məşhur brendlər də belə bir uğurdan ilham aldılar. Yeni maşınlar bütün Amerikanı bürüdü. Lakin sonra avtomobil satışı anidən dayandı. Bazar doydu.

Doğrudan da, köhnə maşını sürmək mümkün olduğu halda, yeni maşın kimin nəyinə lazımdır? Artıq pul xərcləməyə ehtiyac varmı? Belə bir çətinliklə qarşılaşan ağıllı marketoloqlar belə bir hiyləyə əsaslanan qərar çıxardılar. Onlar köhnə maşın sahiblərinin beyninə keyfiyyətsizlik hissini yeritməyə başladılar.

Avtomobil istehsalçıları hər il yeni-yeni modellər buraxmağa başladılar. Onların bu hərəkəti geyim, kosmetika, ayaqqabı və sair başqa sahələrin istehsalçılarına da ruh verdi.
Tez-tez şahidi oluruq ki, al-əlvan libas geyinən gənclər belə geyim geyinə bilməyən və ya geyinmək istəməyən başqa birisinə aşağılayıcı nəzərlə baxırlar. Diqqət edin, geyim istehsalçıları ildə 2 dəfə yeni kolleksiyalar istehsal edirlər. Ekspertlər, dizaynerlər israrla danışaraq bizi inandırmağa çalışırlar ki, "bu sezon yaşıl rəng dəbdə olacaqdır". Niyə belə edirlər? Sözsüz ki, bu, bir taktikadır. Çünki keçən il qırmızı rəngin dəb olduğuna görə belə bir geyim alanlar indi özlərini rahatsız hiss edəcəklər.

Transnasional şirkətlər yeni-yeni mallar buraxaraq sadəlövh istehlakçını manipulyasiya edir. Onlar il ərzində reklama 500 milyard dollar xərcləyirlər. Bu pullar insanlığı bədbəxt etmək üçün kifayət edir. Daha aydın qavramaq üçün belə bir müqayisə aparaq: Yer üzündə aclıq problemini həll etmək üçün il ərzində cəmi 50 milyard dollar xərcləmək lazımdır.

Bəla onda deyil ki, dəbdən düşdüyünə görə biz hər dəfə köhnə şeyi atmalıyıq. İnsanlığın bəlası budur ki, gözləntilər özünü doğrultmur. Yeni bir avtomobil aldıqda insan çox az müddət ərzində özünü xoşbəxt hiss edir. Əgər gələn həftə dostları yeni maşın alsalar, özü də bu maşın onunkundan daha əla olsa, onun şadlığı qursağında qalacaqdır.
Əksəriyyətimiz yeni və dəbli şeylər almağa can atır. Özü də fərqinə də varmır ki, nə qədər özünü bədbəxt edir. Beləcə, insan həyatı həm də mənasızlıqla dolur.

İnsanlar bəzi şeyləri uzun müddət ərzində geyinə bilirlər, həm də bu şeylərin içərisində özlərini rahat hiss edirlər. Lakin hanısa bir görüşə getdikdə özlərini təcavüzə uğrayan adam kimi hiss edirlər. Elə düşünürlər ki, hamı kimi olmalıdırlar. Adamı nə qədər eyni paltar içində görərlər?! Lakin insan nə qədər anlaqlı biri olarsa, bir o qədər inkişafdan həzz alacaqdır. Nə qədər daha çox məlumatlı və bilikli olsaq, bu cahiliyyətpərəstlik əsarəti altında olanlardan daha çox baxış dairəsinə malik olacağıq. Həm də hər gələn avaza tərəf getməyəcəyik, bizə pul mənbəyi baxanların hiyləsinə uymayacağıq.

Farid Abdullah
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 983
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri