Heteroxromiya nədir?

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 3 719
Səs ver:
(səs: 1)
Heteroxromiya, Heterochromianın türkçəsidir. Hetero və chromia kəlimələrindən ibarətdir. Hetero fərqli, chromia isə rəng mənasına gəlir.

Fərqli rənglər mənasına gələn bu söz, adətən fərqli rənglərdən ibarət gözlər üçün istifadə edilir. Nadir hallarda saçlarda və ya dəridə rəng fərqlilikləri ola bilər.

Heteroxromiya pigment çoxluğu və ya çatışmazlığının nəticəsidir. Genetikada melanin miqdarı gözün: mavi, yaşıl və qəhvəyi rəngdə olmasına səbəb olur. Ən çox melanin qəhvəyi gözlərdə olue, ən az isə mavi gözlərdə olur. Bu şəxsin görmə qabiliyyətinə mane olmur və xəstəlik deyil. Təkcə insanlarda deyil, heyvanlarda da görünür.

Heteroxromiyanın bu növləri var:

Soldan sıra ilə: tam, mərkəzi və bölgəsinə görə heteroxromiya
- Tam Heteroxromiya: Bu növdə iki göz bir-birindən tamamilə fərqli rəngdə olur. Adətən bir göz mavi olduğu halda digər göz qəhvəyi, yaşıl və ya qara ola bilir.

-Bölgəsinə görə heteroxromiya: Gözdə fərqli rəngdə "ləkə" kimi görünür.

- Mərkəzi heteroxromiya: Bəbəyin mərkəzi geri qalanından fərqli rəngdə olur. Adətən mavi gözlərin ortasında qızılı sarı olaraq ortaya çıxır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 719
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri