Dırnaq boyası çəkəndən 10 saat sonra bədəndə nə baş verir?

Şərhlər: 4
Baxılıb: 3552
Səs ver:
(səs: 2)
Bütün qadınlar cəlbedici olmaq istəyir və bunun üçün əllərinə çox vaxt sərf edirlər. Çünki əllər hər zaman göz önündədir. Lakin qadınların çoxu orqanizmə mənfi təsirlərinin olduğunu düşünmədən dırnaqlarını müxtəlif rəngli “lak”larla boyayırlar.

Qadınla.Com xəbər verir ki, müxtəlif markaların dırnaq boyalarından çox istifadə edən 24 qadın arasında araşdırma aparılıb. Nəticələr heç də ürəkaçan olmayıb. Araşdırmada iştirak edən bütün qadınlarda toksinlər aşkar edilib. Məsələ trifenilfosfat maddəsindən gedir. Boyanın dırnaqlara sürtülməsindən 10 saat sonra bədəndə izləri görünməyə başlayıb. Məlum olub ki, heç bir istehsalçı şirkət məhsulun üzərində bu kimyəvi maddənin olduğunu yazmır.

TRİFENİLFOSFATIN ORQANİZMƏ TƏSİRİ
Digər toksinlər kimi trifenilfosfat dərini qıcıqlandıra, hətta allergiyaya səbəb ola bilər. Ancaq proses bununla bitmir. Onun orqanizmdəki varlığı hormonal inkişafa ciddi təsir edir. Bu, xüsusilə yeniyetmə qızlarda daha aydın görünür. Sözügedən toksin endokrin sistemə və maddələr mübadiləsinə də mənfi təsir edir. Bu o deməkdir ki, davamlı bədənə düşərsə, ciddi xəstəliklərə yol aça bilər.

DIRNAQ BOYASINDA OLAN DİGƏR TOKSİNLƏRİN TƏSİRİ
Dırnaq boyasında olan digər kanserogen maddə formaldehiddir. İnsanda nəfəs darlığına, bəzi hallarda hətta astmaya səbəb olur. Xroniki xəstəliklərdən əziyyət çəkən insanlar bu preparatın təsirinə həssasdırlar.

Digər təhlükəli kimyəvi maddə isə tolouini-dir. Bu kimyəvi maddə digər kanserogenlər kimi dərinin qıcıqlanmasına səbəb olur. Gənc analar bu mövzuda çox diqqətli olmalıdır. Çünki araşdırmalar göstərir ki, tolouini maddəsi ana südünə keçə və bu yolla uşağa ötürülərək onun boy atmasını dayandıra bilər. Odur ki, azyaşlı uşaqların dırnaqlarına “lak” sürtməzdən əvvəl bu haqda yaxşı düşünməlisiniz.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3552
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 630
Xəbər sayı: 0
Sevinc
Hec bu barede esitmemisdim. Bundan sonra ... vurmaram. Tesekkurler bilmediyimiz seyleri oyretdiyiniz ucunheart
14 noyabr 2020 13:31
4
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 1754
Xəbər sayı: 0
♡iLK NUR♡
Lak çox zərərlidi demək olarki, istifadə etmirəm.
Təşəkkürlər
4 noyabr 2020 23:09
3
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR
Şərh sayı: 81216
Xəbər sayı: 30
BARBI
Mende arada fasile verirem.Lak cox zererlidi
29 oktyabr 2020 20:57
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1339
Xəbər sayı: 0
♡Tək Nur♡
təşəkkürlər bilmirdim
29 oktyabr 2020 11:07
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri