Gözümüz niyə “yol çəkir” və ya niyə səyirir? - Bioloji açıqlaması

Şərhlər: 4
Baxılıb: 2382
Səs ver:
(səs: 3)
Bədənimiz gün ərzində bizim istəyimizdən asılı olmayaraq ətrafa qarşı reaksiyalar verə bilir. Bunlar bizim üçün sıradan, diqqətə alınmayacaq reaksiyalardır. Məsələn; göz səyirməsi, gözün “yol çəkməsi” kimi…
Gözümüz səyirəndə "sağ gözüm sağlamlığa, sol gözüm varlığa" deyirlər. Amma bunun bioloji açıqlamasını bilməkdə fayda var.

Qadınla.Com xəbər verir ki, bizə sıradan gələn reaksiyalar bəzi narahatlıqların ön əlamətləri ola bilər.

Göz səyirməsi göz qapağı əzələlərinin təkrarlanan, istəkdən asılı olmayaraq sıxılmasıdır. Göz səyirmələri, ümumiyyətlə üst qapaqda olar, nadir halda alt qapaqda da görülə bilər. Az hallarda göz qapağı səyirmələri ciddi beyin və sinir xəstəliyinin əlaməti olar. Ancaq bu vəziyyətlə bərabər başqa nevroloji əlamətlər müşahidə edilməlidir.

Əgər göz səyirməsi bir neçə həftədən çox davam edərsə, gözlərdə qızarma, şişmə və ya axıntı varsa, göz qapağında ciddi sallanmağa səbəb oldusa və üzün digər qisminə də təsir etməyə başladısa mütləq həkimə müraciət etmək lazımdır. Səyirmə insanı psixoloji olaraq narahat edə bilər və çox vaxt heç bir müalicəyə ehtiyac olmadan öz-özünə keçər. Ümumiyyətlə yorğunluq, yuxusuzluq, fiziki yorğunluq, stress, həddindən artıq spirt, tütün və ya kafenin istifadəsi və bəzi dərmanların yan təsiri ilə əlaqəli olaraq göz səyirməsi başlayar. İlk olaraq mütləq istirahət edilməli, yatmaq, spirt, tütün, kafeini azaltmaq, gözə ilıq kompress qoymaq, süni göz yaşı ilə gözün quruluğunu önləmək lazımdır.

Blefarospazm isə çox qüvvətlidir və gözün tamamilə bağlanmasına səbəb olan sıxılmadır. Səyirmə bir və ya iki gözü birdən bağlayaraq görməni azalda bilər və qəti şəkildə müalicə tələb edir. Bu təbii ki uzunmüddətli səyirmələrə aiddir.

Gözümüz niyə yol çəkir?
El arasında gözü yol çəkənə "Uzaq yerdən qonağın gələcək" deyirlər. Bu hal stresdən də yarana bilər. Ümumiyyətlə fərqində olmadan, amma bəzən fərqində olaraq da uzun bir müddət eyni nöqtəyə baxmaq, göz qapaqlarını qırpmamaq göz dalmasının əlamətləridir. Bu zaman ümumiyyətlə beyin digər düşüncələrə fokuslanıb görmə funksiyasını təxirə salır. Çətin və sıx qrafikdə işləyənlərin gözü daha çox dalar. Yaşlılarda daha sıx müşahidə edilir və çox nadir hallarda nevroloji xəstəliklərin və epilepsiyanın əlaməti ola bilər.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2382
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1754
Xəbər sayı: 0
♡iLK NUR♡
Məndədə çox vaxt olur.
4 noyabr 2020 17:43
4
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR
Şərh sayı: 1339
Xəbər sayı: 0
♡Tək Nur♡
Heç vaxt olmayıp məndə
2 noyabr 2020 15:05
3
Şərh sayı: 1380
Xəbər sayı: 137
One day
Goz seyirmesinin strese bagli oldugunu oxudum,biraz meyus oldum. Son vaxtlar mende
tez-tez olur. Cox esebiyem artiq uz ezelelerimde bildirir. Acil hekime ehtiyacim var eslinde. Psixoloq meslehet bildiler.
2 noyabr 2020 00:05
2
VƏƏƏ ZƏFƏR SƏNİNDİR AZƏRBAYCAN ORDUSU01
Şərh sayı: 81216
Xəbər sayı: 30
BARBI
Mende bezen olur.Cox stresli olanda edirem
1 noyabr 2020 22:30
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri