İnsanlar dişlərini ilk dəfə nə vaxt fırçalamağa başlayıb?

Şərhlər: 5
Baxılıb: 450
Səs ver:
(səs: 0)
Diş fırçası Avropaya daha gec gəlib.

İndi əsas gigiyena qaydalarından biri də səhər və gecə yuxudan əvvəl dişlərini fırçalamaqdır. Halbuki bəşəriyyət min illərlə bu davranışdan uzaq olub.

Qadınla.Com xəbər verir ki, qədim insanlar dişlərinə heç də biganə deyilmiş. Bunun üçün əvvəlcə duz istifadə edirlərmiş. Qurum və bal da işə yarayırmış.

İndi insanların ilk dəfə dişlərini nə vaxt fırçaladığını dəqiq demək asan deyil. Bu məişət qaydasının azı 7-8 min il yaşı var. Dəqiq olan odur ki, təxminən eramızdan 3500 il əvvəl qədim Yunanıstanda, Romada, Babildə efir ağacından istifadə etmək qərarına gəliblər. Ağacın yarpaqları daha effektli təsir bağışlayıb. Müasir anlamda diş fırçalamaq ritualı isə XV əsrdə həyatımıza daxil olub. Çində ilk diş fırçasını yaradıblar. Fırça sümükdən və bambukdan hazırlanıb.

I Pyotr Rusiyada diş fırçalamağa xüsusi əhəmiyyət verirmiş. O, zadəganlara təbaşir tozundan istifadə edərək, dişlərini ağartmağı tapşırıbmış.

Diş fırçası Avropaya daha gec gəlib. Yalnız XVII əsrdə avropalılar həyatına yeni vərdiş daxil edib. Amma ilk vaxtlar buna isti yanaşmırlarmış. Dişlərini əski ilə silmək daha rahat görünürmüş.

Fırça istehsalı üçün ilk patenti 1850-ci ildə amerikalı Henri Uodsvort alıb. 1885-ci ildən az qala bütün dünyada fırça istehsal etməyə başlayıblar. İlk belə fırçalar Sibir qabanının sümüyündən hazırlanıbmış.

İkinci Dünya Müharibəsindən sonra çeşidli diş fırçaları bazara girib. Zamanla daha yaxşı nümunələr ortaya çıxır.
(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡Tək Nur♡
maraqlı nəlumat oldu
təşəkkürlər
21 noyabr 2020 19:08
5
Şərh sayı: 23
Xəbər sayı: 0
Solmazgülü
Mənim rəhmətlik nənəmdə panbıqla silirdi dişlərini isladırdı panbığı silirdi onunla.
21 noyabr 2020 08:40
4
Şərh sayı: 1831
Xəbər sayı: 0
♡iLK NUR♡
[hide]Ümumiyyətlə gigiyena qaydaları'na əməl etmək mütləq'dir.Diş fırçalamaqda bu qaydalar arasında mühim yer tutur
Çox maraqlı məlumat oldu.
Təşəkkürlər.
}/hide]
20 noyabr 2020 22:47
3
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR!
Şərh sayı: 81240
Xəbər sayı: 30
BARBI
Hmmm ele insanlar dis fircalamgi hec sevmir
20 noyabr 2020 22:15
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 630
Xəbər sayı: 0
Sevinc
Adi yadimdan çixdi. Bir türk mugennide dislerini koyneye silirmis
20 noyabr 2020 19:58
1
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri