Müdriklər demişlər…

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 3 690
Səs ver:
(səs: 0)
Dözüm gücün, tərslik isə zəifliyin övladıdır.
Bağlı qapıları açmaq üçün son açar səbrdir.
Nəyinsə uğursuz olduğunu düşünmədən, o iş uğursuz hesab edilə bilməz.
Mənəviyyat insanlar arasında olan münasibətlər və bu münasibətlərdən irəli gələn vəzifələr haqqında elmdır.
Elm sərkərdə, təcrübə isə əsgərdir.
Elm əqidəli olmaq üçündür, dünya malı toplamaq üçün deyil.
Musiqi əxlaqi qanundur, o bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədərə və sevincə səbəb olur.
Ölüm həyatın son sözü olduğu üçün, musiqi də incəsənətin son sözüdür.
İnsanda hər şey gözəl olmalıdır.
İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o,dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir.
Din Allaha və insana məhəbbətdən başqa bir şey deyildir.
Yaramaz adamın vicdanını oyatmaq üçün onu silkələmək lazımdır.
Təmiz vicdan, adamlar arasında olmaqdan qorxmaz, ləkəli vicdan isə tək qalmaqdan qorxar.
Dünyada yalnız bir müstəbid var, o da vicdanın asta səsidir.
Həyatın gözəl olması üçün əxlaqımız və düşüncə tərzimiz gözəl olmalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri