Pulu harada, nəyə və necə xərclədimiyizi bilirikmi?

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 729
Səs ver:
(səs: 0)
Bu gün əksər insanlar maddi çətinliyin nə oldugunu gözəl bilir. Lakin bu çətinliyin niyə yarandıgını və “cibindəki yırtıqların” necə qapanmasını analiz etmək və nəticə çıxarmaq hər adamın aglına gəlmir. Əslində, elə hər şey buradan başlayır. Harada, nəyə və necə xərclədiyimizi bilirikmi?

Pul qazanmaq kimi, pul xərcləməyi bilmək də bir qabiliyyətdir. Ən məntiqli xərcləmə odur ki, o maliyyə azadlığını məhdudlaşdırmasın. Əgər əlinizə gözlənilməz şəkildə haradansa pul keçibsə və yaxud, gördüyünüz işin muqabilində yaxşıca əməkhaqqı almısınızsa, onu nəyə sərf edərdiniz? Təbii ki, hər kəsin ağlına ilkin ehtiyacları gələcək və onu həll etməyə calışacaq…

Ola bilsin ki, zəruri hesab etdiyiniz problem həyatınızda o qədər də əhəmiyyətli deyil. Bax, bunu bilmək lazımdır, şəxsi maliyyə durumunuzun idarə edilməsi elə buradan başlayır. Eləcə də, gələcək maliyyə kapitalınızın toplanması ilkin olaraq formalaşır.

Maliyyəçi-ekspert Şəhla Vəliyeva hesab edir ki, pulun xərclənməsi hər kəsin maliyyə problemlərinin həcmindən və gələcək planlarından asılıdır: “Bunu xarakterizə etmək o qədər də çətin deyil. Əslində, bu problemlər əhalinin bəzi hissəsi üçün ümümi xarakter daşıyır”.

Ekspertin məsləhətinə görə, əgər əlinizə xeyli miqdarda pul keçibsə, onu ilk növbədə borcların qaytarılması, kredit faizlərinin ödənilməsi və ya başqa halda öz təhsilinizə və biznesə sərf edin.

İlk öncə, öz inkişafınıza yatırım edin. Təlim və təhsilinizin artırılmasına, maraqlı seminara və yaxud, ingilis dilinin öyrənilməsi kimi əsas işlərə pul sərf edin. İngilis dilini bilmək karyera mühərriki hesab olunur. Statistik məlumatlara görə, işəgötürənlər namizədlərdən biznes-ingilis dilinin ideal səviyyədə olmasını tələb edirlər ki, bu da işə qəbul haqqında elanların 30 faizini təşkil edir. Vaxta və vəsaitə qənaət etmək məqsədilə distant təhsil almaq məsləhət görülür. Artıq bu, Qərb ölkələrində çoxdan tətbiq olunmağa başlayıb.

İdmanla məşğul olun. Əgər fitnes-kluba getmək imkanınız yoxdursa, o halda daha sərfəli idman zalına gedin və yaxud, məşqlərin yazılı təlim proqramlarını alaraq evdə məşğul olun.

Ağılla xərcləmək pul qazanmağa bərabərdir

Səmərəli xərclər təkcə büdcə çatışmazlığını yox, həm də qalan əlavə ehtiyacları da ləngitməyə imkan verir. Bəs vəsaitlərin əsas xərclənmə prinsipləri necədir?

Ekspertimiz deyir ki, bugünku günlə yaşayaraq uzaq gələcək üçün heç nə almaq gərək deyil. Yalnız indiki dönəmdə nəyə ehtiyacınız varsa, onu təmin edin. Ayrılmış pullar toxunulmaz qalmalıdır. İstər evdə gizli bir yerdə, istərsə də bankda – seçim sizindir.

Mütəxəssislərin fikirlərinə görə, hər ay arxaya qoyulan pul, məvacibin 10 faizindən aşağı olmamalıdır.

Gözlənilməz halların baş verməsinın qarşısını almaq məqsədilə kredit kartının əldə edilməsi ödəniş vaxtında borcların bağlanmasına xidmət göstərir.

Artıq maliyyə vəziyyətiniz stabilləşibsə:
– xüsusən iri alış-veriş aparın. Hədiyyələri qabaqcadan da almaq mümkündür.

– gözlənilən ərzaq çatışmazlığı və həmçinin, infliyasiya barəsində həyəcanlı proqnozlara məhəl qoymayın. Kütləvi psixozlar fırıldaqçılara əlverişlidir.

– çalışın, geyimləri mövsumundə yox, mövsumdən sonrakı endirim kampaniyalarında alın.

– həmişə lazımsız əşyaların satılması, internetə məqalə yazmaqla pul qazanmaq, şəkilləri fotobanklara yerləşdirmək və müxtəlif sorğularda iştirak etmək kimi əlavə gəlir mənbələri axtarın.

– paltar və ayaqqabıların keyfiyyətli olmasına fikir verin. Qərbi Avropada istehsal olunmuş malları almaq fürsətindən yararlanın. Çünki bu, daha ucuz və keyfiyyətli olacaq. Belə halda hətta “Tax Free” qeydiyyatını aparmaq olar. Bir sözlə, heç vaxt dəbdən duşməyən klassik geyim tərzinə üstünlük verərək üstəlik, bəzi qarderob əşyalarına qənaət etmək olar.

Ağlabatan qənaət
Qənaət, mütləq məqsədəuyğun olmalıdır. Çünki uzaq yola ucuz mal dalınca qədəm qoyarkən bəlkə də daha çox xərcləyəcəksiniz. Qida və müalicəyə qənaət etməyə cəhd göstərməyin – sağlamlıq daha önəmlidir. Xarici ölkələrdə internet vasitəsilə alış-veriş etmək daha sərfəli başa gəlir. Bunun üçün xüsusi axtarış servisləri mövcuddur ki, onlardan yararlanmaq mümkündür.Topdansatış və ucuzlaşdırılmış mallar satılan məkanlarda aldanmanıza imkan verməyin.

İstehsal müddəti bitmiş, uzun müddətə istifadəyə yararsız mal almaqla fırıldaqçıların qurbanına çevrilməyin. Bahalı bir şey almaqdan qabaq qonşu mağazaya nəzər yetirin ki, birdən həmin mala endirim tətbiq olunar. Endirim kampaniyasına düşdükdə, bunları yadda saxlayın: iki lazımsız əşya yarı qiymətə satılırsa, demək ki, gərəkli əşyadan xeyli bahadı.

İstifadə edilmiş paltarları almağa utanmayın. Razılaşın ki, baha qiymətə az geyilmiş keyfiyətli geyim almaq ucuz və keyfiyyətsiz parçadan hazırlanmış paltardan daha yaxşıdır.

Bahalı əşya almazdan öncə yaxşıca götür-qoy edin.

Alış-verişə lüzum olmadığı təqdirdə tələskənlik etməyin. Səbrinizi bassanız, xərcləyəcəyiniz pul cibinizdə qalacaq. Bu, şopoqolizm xəstəliyindən qurtulmağa imkan verir.

Beləliklə, pulun sayını iki yolla çoxaltmaq mümkündür:

1) daha çox qazanmaq;

2) az xərcləmək.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 729
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri