Manna yarması: faydalıdır yoxsa ziyanlı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 994
Səs ver:
(səs: 0)
 

Manna yarması buğdadan hazırlanır. Manna yarması zülal, nişasta, Р’1, Р’2, Р’6, Р•, PP  vitaminlərlə və mikroelementlərlə zəngindir, tez mənimsənilir, kalorilidir, insanı uzun müddət tox saxlayır. Manna sıyığı cərrahi əməliyyatlardan sonra, mədə-bağırsaq xəstəlikləri və xroniki böyrək çatışmazlığı zamanı əvəzedilməz bir qidadır. Lakin artıq çəkisi olan, ateroskleroz və şəkərli diabet xəstəliklərindən əziyyət çəkən insanlara manna sıyığı yemək tövsiyyə olunmur.

Hazırda pediatrlar 1 yaşına qədər olan uşaqlara da manna sıyığı verməyi tövsiyyə etmirlər. Həkimlərin fikrinə görə 1 yaşına qədər olan uşaqların mədə-bağırsaq sistemi karbohidratları həzm etməyə hələ ki hazır deyil. Manna yarması isə  bir çox yarmalar kimi karbohidratlarla zəngindir.

Manna yarması "qlüten” adlandırılan zülalla da zəngindir. Bəzi uşaqlarda və hətta böyüklərdə də bu zülala qarşı irsi dözülməzlik olur. Bu dözülməzliyin fonunda seliakiya xəstəliyi inkişaf edir. Bu çox ciddi xəstəlikdir. Onun nəticəsində bağırsaqların selikli qişasi o dərəcədə nazikləşir ki, burada bütün qidalı maddələrin, o cümlədən yağların,  sorulması pozulur. Vaxtında müalicə olunmadığı təqdirdə uşaq bu xəstəlikdən hətta həlak ola bilər.

Bundan əlavə manna yarmasında "fitin” adlı bir maddə vardır ki, bu maddə bağırsaqlarda kalsium, D vitamini və dəmirin sorulmasına mane olur. Uşaq orqanizmində dəmir çatışmazlığı səbəbindən dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edə bilər. Kalsium və D vitaminin çatışmazlığı isə raxit xəstəliyinə gətirib çıxarır.

Beləliklə, həkimlərin fikrinə əsasən, manna sıyığı 1 yaşından sonra olan uşaqlara vermək olar. Lakin 3 yaşına qədər olan uşaqlara bu sıyığı həftədə 1 dəfədən artıq vermək məsləhət görülmür.

35 yaşından yuxarı olan insanlara da tez-tez manna sıyıqları yemək məsləhət görülmür. Bunun səbəbi isə, körpələrdə olduğu kimi, manna sıyığının orqanizmdə kalsiumun mənimsəməsinə mane olmasıdır. 35 yaşından sonra osteoporoz (sümüklərin kövrəkliyi) xəstəliyi inkişaf etməyə başlayır və rasionda manna sıyıqlarının tez-tez olması bu xəstəliyin inkişafını sürətləndirə bilər. Osteoporoz xəstəliyinin ağırlaşmalarından biri tez-tez baş verilən sınıqlardır. Sınıqların ən təhlükəli olanı isə bud boynunun sınığıdır ki, yaşlı insanda əlilliklə və hətta ölümlə də nəticələnə bilər.

Manna yarması tək sıyıqlarda deyil, müxtəlif şirniyyatların hazırlanmasında da istifadə olunur.

Sizə manna yarmasından olan krem reseptini təqdim edirik.

2 stəkan süddə 3 stol qaşığı manna yarması bişirilir və soyudulur. 300 qr kərə yağı 1,5 stəkan şəkər tozu ilə həmcinsli kütlə alınana qədər qarışdırılır. Sonra ona manna sıyığı əlavə olunur və yenə qarışdırılır. Krem 20 dəq. ərzində soyuducuya qoyulur və sonra nazik bir biskvit laylara çəkilir. Tortun üzərinə şokolad da tökmək olar.

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 994
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri