Tənbəllik yaradan rənglər

Müəllif: _BELOSNEJKA_
Şərhlər:
Baxılıb: 4219
Paylaş:
Səs ver:
(səs: 3)

Tənbəllik yaradan rənglər

Qırmızı Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır. Narıncı Qırmızı kimi həyəcanladıran rəngdir. Canlı rəng olan narıncı mətbəx, uşaq və yemək otağı, dəhlizlərdə istifadə edilə bilər. Bu rəngdən istifadə məkanlara şənlik, sevinc gətirir. Sarı Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil. Çünki zehni qarışdıra bilər. İstirahət üçün nəzərdə tutulan məkanlarda da istifadə edilməməsi daha yaxşıdır. Yaşıl Bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür. Mavi Sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər. Bənövşəyi Özünə güvəni təmsil edir. Amma unutqanlıq və səbirsizlik yarada bilir. Ağ İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. Qara, boz və qəhvəyi Bu rənglər ağır enerjiyə malikdir. Onların bir məkanda tək rəng olaraq istifadəsi məsləhət deyil.

 


loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 4219
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv