Həyatda nə öyrəndim?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 458
Səs ver:
(səs: 1)
Həyatda nə öyrəndim?
Sonsuz bir qaranlığın içindən doğuldum. İşığı gördüm, qorxdum. Ağladım.
Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum.
Gün gəldi sonsuz qaranlığa yola saldım sevdiklərimi...
Ağladım.
* * *
Yaşamağı öyrəndim.
Doğumun, həyatın bitməyə başladığı an olduğunu; aradakı hissənin, ölümdən oğurlanan zamanlar olduğunu öyrəndim.
* * *
Zamanı öyrəndim.
Yarışdım onunla...
Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öyrəndim...
* * *
İnsanı öyrəndim.
Sonra insanların içində yaxşılar və pislər olduğunu...
Sonra da hər insanın içində yaxşılıq və pislik olduğunuı öyrəndim.
* * *
Sevməyi öyrəndim.
Sonra güvənməyi...
Sonra da güvənin sevgidən daha qalıcı olduğunu, sevginin güvənin möhkəm zəmini üzərinə qurulduğunu öyrəndim.
* * *
İnsan bədənini öyrəndim.
Sonra bədənin altında bir ruh olduğunuı...
Sonra da ruhun əslində bədənin üstündə olduğunu öyrəndim.
* * *
Kainatı öyrəndim.
Sonra kainatı işıqlandırmanın yollarını öyrəndim.
Sonunda kainatı işıqlandıra bilmək üçün əvvəl ətrafı işıqlandıra bilmək lazım olduğunu öyrəndim.
* * *
Çörəyi öyrəndim.
Sonra barış üçün çörəyin bolca çıxarılması lazım olduğunu... 
Sonra da çörəyi haqq tərəfindən üleşmenin, bolca çıxarmaq qədər əhəmiyyətli olduğunu öyrəndim.
* * *
Oxumağı öyrəndim.
Özümə yazını öyrətdim sonra...
Və bir müddət sonra yazı, özümü öyrətdi mənə...
* * *
Getməyi öyrəndim.
Sonra dözə bilməyib dönməyi...
Daha da sonra özümə baxmayaraq getməyi...
* * * 
Dünyaya tək başına meydan oxumağı öyrəndim gənc yaşda...
Sonra izdihamlarla birlikdə getmək lazım olduğu fikirinə vardım.
Sonra da əsl gedişin izdihamlara qarşı olması lazım olduğuna aydım.
* * *
Düşünməyi öyrəndim.
Sonra qəliblər içində düşünməyi öyrəndim.
Sonra sağlam düşünmənin qəlibləri yıxaraq düşünmək olduğunu öyrəndim.
* * *
Namusun əhəmiyyətini öyrəndim evdə...
Sonra məhrumdan namus gözləmənin namussuzluq olduğunu; gerçək namusun, günah əlinin altındaykən, günaha əl sürməmək olduğunu öyrəndim.
* * *
Gerçəyi öyrəndim bir gün...
Və gerçəyin acı olduğunu...
Sonra dozasında ağrının, yeməyə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim.
* * *
Hər canlının ölümü dadacağını, amma yalnız bəzilərinin həyatı dadacağını öyrəndim.
Tərcümə və Redaktə etdi: PURE LOVE
 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 458
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri